Mobil versiya
Azərbaycanla Gürcüstan arasında dərman qalmaqalı
Tarix: 06-05-2016 | Saat: 16:53
Bölmə:Qərbi Azərbaycan | çapa göndər




Bu gün Milli Məclisdə Azərbaycandan Gürcüstana səfər edən vətəndaşların üzləşdiyi problemlər müzakirə olunub.

Aia.az anspress-ə istinadən bildirir ki, millət vəkili Əflatun Amaşov Azərbaycanda qanuni satışda olan dərmanların Gürüstanda qadağan olunmasından danışıb. O deyib ki, bu hal Azərbaycandan Gürcüstana gedənlər üçün problemlər yaradır.

"Bu barədə Gürcüstan əsilli Azərbaycan vətəndaşları ilə söhbətim olub. Məsələ müəyyən dərman preparatları ilə bağlıdır. Belə olur ki, vətəndaşın istifadə etdiyi bir dərman Azərbaycanda apteklərdə təyinatsız satılır. Yəni hər kəs onu rahat əldə edə bilir. Məsələn, piralgin. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar tərəfindən qəbul edilir. Həmin adamlar özü üçün istifadə etdiyi piralgini çantasına qoyub Gürcüstana gedir. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir", - deyə Amaşov bildirib.

Millət vəkili deyib ki, vətəndaşlar saatlarla Gürcüstanın polis idarələrində qalırlar, külli miqdarda cərimə olunurlar. "Hətta bəzən həbs təhlükəsi də yaranır. Mən araşdırdım, burada söhbət heç də bir dərman növündən getmir. Müxtəlif adda dərmanlar var ki, Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də çox ciddi yanaşmaq lazımdır. Azərbaycan və Gürcüstan hökuməti arasında bununla əlaqədar danışıqlar getməli, müəyyən razılaşmalar əldə edilməlidir" ,- dəyə millət vəkili bildirib.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024