Mobil versiya
YAP Sabirabad rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu” mövzusunda dəyirmi masa keçirilib
Tarix: 11-12-2021 | Saat: 18:14
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Sabirabad rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu” mövzusunda dəyirmi masa keçirilib

11 dekabr 2021-ci il tarixdə YAP Sabirabad rayon təşkilatında partiya gənclərinin və könüllülərinin, ərazi partiya təşkilatının bir sıra gənc sədrlərinin iştirakı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzərək öz ehtiramlarını bildiriblər.
Əvvəlcə tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səslənib.

Tədbiri giriş nitqi ilə açan YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Məleykə Ağayeva bildiribki, Heydər Əliyev dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında ən görkəmli və böyük təsirə malik lider olduğunu əməli fəaliyyəti ilə göstərmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşmüşdür. Ulu öndər Azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı olmuş, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün möhtəşəm işlər həyata keçirmişdir. Bu gün Azərbaycanın neft strategiyasında qazandığı uğurların əsasını Ulu öndər Heydər Əliyev qoymuşdur. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının təməli onun adı ilə bağlıdır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycançılıq məktəbidir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024