Mobil versiya
Nazirlik: "İlin sonuna qədər..."
Tarix: 10-12-2021 | Saat: 09:32
Bölmə:Seçki 2024 | çapa göndər

Nazirlik: "İlin sonuna qədər..."

Bu ilin sonuna qədər daha 6 modul tipli məktəb istifadə üçün təhvil veriləcək.

AİA.Az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev deyib.

O bildirib ki, hazırda həmin məktəblərin quraşdırılması istiqamətində işlər davam edir.

"Bu il plana əsasən, 31 modul tipli məktəb tikilməli idi. Onlardan 25-i artıq hazırdır, digər 6-sının tikintisi aparılır. İlin sonuna qədər işlər yekunlaşdırılacaq. Növbəti ildə də modul tipli məktəblər tikiləcək. Neçə məktəbin tikiləcəyi ilə bağlı əlavə məlumat veriləcək. Qeyd edim ki, 2016-2020 illərdə 353 modul məktəb quraşdırılıb", - F.Əliyev qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024