Mobil versiya
Onlar ömürlük hakim təyin olundular Ali Məhkəməyə
Tarix: 06-05-2016 | Saat: 15:18
Bölmə:Gündəm | çapa göndər



Milli Məclisin bu gün keçirilən iclasında Şirvan Apellyasiya Məhkəməsinin sədrinin Ali Məhkəmənin hakimi təyin edilməsi, o cümlədən, bir sıra hakimlərin yerlərinin dəyişdirilməsi ilə bağlı sənəd müzakirəyə çıxarılıb.

Aia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iclasda həmçinin, Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Komitəyə daxil olan sənəddə Azərbaycan Ali Məhkəməsinin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimlərinin Ali Məhkəmənin hakimləri təyin edilməsi təklif edilib. Bunlar İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğludur. Təkliflər səsə qoyularaq qəbul edilib. Hər iki hakim ömürlük hakim təyin edilib.

Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Qürbət Ağa oğlu Əsgərovun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif olunur.

Bundan əlavə, Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi təklifi də səsə qoyularaq təsdiq edilib.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024