Mobil versiya
Rusiya Dağlıq Qarabağın statusu ilə bağlı bəyanat verdi
Tarix: 06-05-2016 | Saat: 15:00
Bölmə:Gündəm | çapa göndər




"Dağlıq Qarabağın taleyinə siyasi-diplomatik vasitələrlə qərar veriləcək".

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"Dağlıq Qarabağın statusu xalqların özmüqəddaratını təyinetmə prinsipinə əsaslanaraq müəyyənləşdirilməlidir. Bunu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr (ABŞ, Rusiya, Fransa) ölkələrinin prezidentləri də dəfələrlə bəyan ediblər”, - Zaxarova əlavə edib.

Zaxarova deyib ki, Rusiya münaqişənin həlli üçün lazımi köməyi göstərməyə hazırdır.

Qeyd edək ki, ötən gün Ermənistan hökumətinin müxalif deputatlar tərəfindən hazırlanan Dağlıq Qarabağın statusuna dair qanun layihəsinə müsbət rəy verərək parlamentin müzakirəsinə təqdim etdiyi haqqında xəbərlər yayıldı. Amma qısa müddət sonra rəsmi İrəvan məlumatı təkzib etdi.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024