Mobil versiya
Hicablı müsəlman xanım Amerika şəhərinə mer seçildi
Tarix: 08-12-2021 | Saat: 18:17
Bölmə:Seçki 2024 | çapa göndər

Hicablı müsəlman xanım Amerika şəhərinə mer seçildi

ABŞ-ın Men ştatında hicablı müsəlman qadın ilk dəfə ştatın böyüklüyünə görə 4-cü şəhərinə mer seçilib.

AİA.Az moderator.az-a istinadən xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb.

Məlumata görə, Sauz-Portlend(Cənubi Portlend) şəhərinin mer seçkilərində Somali əsilli qaradərili müsəlman xanım Daka Dhalak qalib gəlib. Üç il əvvəl Dhalak Cənubi Portlenddə şəhər şurasına seçilən ilk müsəlman qadın olub.

Deka Dhalak ixtisasca sosial işçidir. 2018-ci ildə o, məmur statusunda şəhərinə daha çox fayda gətirə biləcəyinə qərar verib və uğurla şəhər şurasına seçilib. Yeni təyin olunan merin tərcümeyi-halından onun Nyu-England(Yeni İngiltərə) və Nyu-Hempşir universitetlərini bitirdiyi məlum olur. 1992-ci ildə o, ABŞ-a mühacirət edib. Dhalak çoxuşaqlı anadır - üç övlad böyüdür.

"Çox gözəl idi. Sevincdən göz yaşlarımı saxlaya bilmirəm" -deyə müsəlman xanım jurnalsitlərə bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024