Mobil versiya
Qarabağda əsgərlərimiz erməniləri "İstiqlal"la vurdu (VİDEO)
Tarix: 06-05-2016 | Saat: 13:05
Bölmə:Gündəm | çapa göndər




Qarabağda Azərbaycan əsgərinin ermənilərə cavab atəşinin görüntüsü yayılıb.

Aia.az-in məlumatına görə, cəbhə xəttində tez-tez atəşkəsi pozan erməni seperatçılarına ordumuz layiqli cavab verir. Əsgərimiz "İstiqlal"la atəş açaraq düşmən səngərlərini vurub.

Daim cəbhədə təxribata əl atan erməni separatçıları vəziyyəti gərginləşdirir və nəticədə bu addımlarına görə layiqli cavab alırlar. "İstiqlal" Azərbaycan istehsalıdır və əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxem əsasında hazırlanmış irikalibrli snayper tüfəngidir. "İstiqlal" ermənilərin ən çox qorxduğu silahlarımızdan biridir. Bu silah uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı düşmənin texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır.

Yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur. Çəkisi 20 kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur.

Bu silahın optik nişangahı özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir. Darağın tutumu 5 patron. 2 min metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulmuşdur. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024