Mobil versiya
Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini dərindən öyrənirlər
Tarix: 06-12-2021 | Saat: 11:45
Bölmə:Seçki 2024 | çapa göndər

Zaqatala məktəbliləri ulu öndər Heydər Əliyevin irsini dərindən öyrənirlər

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Zaqatala məktəblilərinin rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunur. Əsas məqsəd Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsinə və təbliğ edilməsinə nail olmaqdır.

Mərkəzin direktoru Famil Rəhimov bildirib ki, məktəblilər əvvəlcə ekspozisiya zalında dahi rəhbərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinə həsr olunan sərgi və guşələrlə yaxından tanış olurlar.

Ekskursiya zamanı məktəblilər, həmçinin mərkəzin kinozalında Heydər Əliyevə həsr olunan sənədli filmə baxır, burada fəaliyyət göstərən elektron kitabxana, bədii qiraət, rəsm, rəqs və digər dərnəklərin işi ilə yaxından tanış olurlar.

Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları dekabrın 13-dək davam edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024