Mobil versiya
Azərbaycan və Türkmənistanla imzalanan qaz müqaviləsinin çox böyük əhəmiyyəti var - İran prezidenti
Tarix: 06-12-2021 | Saat: 10:23
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Türkmənistanla imzalanan qaz müqaviləsinin çox böyük əhəmiyyəti var -

Azərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər.

Trend-in məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi yerli televiziya kanallarına açıqlamasında deyib.

İ.Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb:

“Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”, - deyə İran prezidenti bildirib.

İ.Rəisi qeyd edib ki, İranın limanları qonşu ölkələrlə ticarət dövriyyəsində əhəmiyyət kəsb edən amildir.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025