Nazarbayevdən səs-küylü bəyanatlar
Tarix: 06-05-2016 | Saat: 09:17
Bölmə:Siyasət | çapa göndər
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün dövlət başçısının rezidensiyasında keçirdiyi geniş müşavirədə bir sıra səs-küylü bəyanatlar verib
aia.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, ilk növbədə Qazaxıstanda “Ukrayna ssenarisi”nın təşkilini planlaşdıranlara xəbərdarlıq edərək deyib ki, belə cəhdlərin qarşısının alınması üçün ən sərt tədbirlər görüləcək.
“Qazaxıstanlılar burada Ukrayna hadisələrini istəmirlər, mən bunu bilirəm. Hamı eşitsin, kim onu bura gətirmək istəyirsə, qoy bilsinlər və danışmasınlar mən xəbərdarlıq etdim, biz ən sərt tədbirlər görəcəyik”, - dövlət başçısı bəyan edib.
Onun sözlərinə görə, dünyadakı iqtisadi və siyasi böhran respublikanın inkişafına təsir edib. Bu səbəbdən o, qazaxıstanlıları diqqətli olmağa və stabilliyin laxlamasına imkan verməməyə və bir-birinə qarşı hörmət etməyə çağırıb.
“Biz bilirik ki, adamların çoxu dünyadakı böhrandan ziyan çəkiblər, işlərini, yaxud gəlirlərinin bir hissəsini itiriblər. Belə adamlar istənilən cəmiyyətdə var. Bütün qazaxıstanılara xəbərdarlıq etmək istəyirəm – diqqətli olun, bizim sabitliyimizin laxladılmasına imkan verməyin və bir-birinizə hörmət edin. Öz tərəfimdən demək istəyirəm ki, biz heç kəsə böhrandan yaralanmağa imkan verməyəcəyik ki, bizim cəmiyyətdəki sülhü və sabitliyi pozsunlar”, - Nazarbayev vurğulayıb.
Dövlət başçısı müşavirə zamanı Torpaq Məcəlləsi qəbul edilərkən yol verilən nöqsanlara görə Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Kairbek Uskenbaevi və həmin nazirliyin rəhbəri Erbolat Dosaevi öz xahişi ilə vəzifələrindən azad edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ