Mobil versiya
Soçi görüşü Azərbaycan diplomatiyasının qələbəsi və uğurudur
Tarix: 30-11-2021 | Saat: 10:46
Bölmə:Siyasət | çapa göndər

Soçi görüşü Azərbaycan diplomatiyasının qələbəsi və uğurudur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ilin noyabrın 26-da Soçi şəhərində üçtərəfli görüş keçirmişdirlər. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan tərəfinə qarşıdurmaya son qoymağa, hər iki ölkənin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımağa və münasibətləri normallaşdırmağa cağırmışdır.

Soçi görüşünün yekun Bəyanatında öz əksini tapmış bir sıra mühüm məqamların, o cümlədən regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə dəmir yolları xətlərinin, avtomobil yolları və bütün digər kommunikasiyaların açılmasını ehtiva edən layihələrin tezliklə həyata keçirilməsi və yaxın zamanda iki ölkə arasında delimitasiya prosesinin başlanması vacibdir. Soçidə keçirilmiş üçtərəfli görüşün nəticələri regionda sülh və əməkdaşlıq mərhələsinin başlanması üçün çox böyük əhəmiyyətə malikdir. Görüşün nəticələri və imzalanmış birgə bəyanat Azərbaycanın maraqlarına və strateji hədəflərinə tam cavab verir. Azərbaycan müharibədən qalib çıxmış bir ölkə kimi sülh sazişinin imzalanmasının zəruriliyini dəfələrlə vurğulayıb. Sərhədlərin delimitasiyası və demarkasiyası Azərbaycanla Ermənistan arasında çox vacib məsələlərdən birinin həll olunmasına imkan verəcək. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərinin bu ilin sonuna qədər yaradılması barədə əldə olunan razılaşma bölgədə sabitlik üçün də çox mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Soçi görüşü on illliklər boyu müharibə şəraitində yaşamış Azərbaycan və Ermənistan arasında normal münasibətlərin yaradılması baxımından möhkəm hüquqi baza rolunu da oynamış oldu.

Soçi görüşü Azərbaycan-Ermənistan arasında bundan sonra qurulacaq münasibətlərə bir daha aydınlıq gətirdi. Ermənistan ötən müddət ərzində müxtəlif bəhanələrlə bu müddəanın yerinə yetirilməsini ləngitməyə çalışıb. Lakin kommunikasiyaların açılması bu gün regionda gedən geosiyasi və qlobal əhəmiyyətli iqtisadi proseslər kontekstində zərurətə çevrilib. Bu baxımdan, Soçidə dövlət başçılarının imzaladığı bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyinin vurğulanması nəqliyyat dəhlizlərinin açılması prosesinin çox yaxın bir vaxtda həyata keçiriləcəyini göstərir. Zəngəzur dəhlizinin açılması prosesi sürətlənməlidir və bunun üçün Ermənistanın müqaviməti sındırılmalı idi. Zəngəzur dəhlizi açılacaq, ancaq Ermənistanın dəhlizlə bağlı iddialarını, yersiz cəhdlərini zərərsizləşdirən addımlar da atılmalı idi.

Məsələ bundadır ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr üçtərəfli razılaşmasının 9-cu bəndində öz əksini tapıb. Soçi görüşü zamanı Rusiya prezidenti Putinin “Dəhlizin açılmasında maraqlı olan tərəflərdən biri də Rusiyadır” deməklə, Paşinyanı tamamilə tərksilah etmiş oldu. Soçi görüşündə iqtisadi əlaqələrin bərpası, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası, demarkasiyası və humanitar xarakterli məsələlərlə bağlı geniş müzakirələr aparıldı.Rusiya Azərbaycanın strateji tərəfdaşı olaraq üçtərəfli görüş zamanı qəbul edilən qərarların Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq. Üçtərəfli görüş Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Azərbaycan qarşıdurmalara son qoymaq, bir-birinin ərazi bütövlüyünü tanıyan sülh müqaviləsinin bağlanmasını yenidən tarixi zərurət kimi önə çəkdi. Bu ilin sonuna qədər sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı ortada real nəticələr əldə olunacaq.

Anar Rzayev,
YAP Göygöl rayon təşkilatının Çaykənd kənd ümumi orta məktəb ərazi ilk partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025