Mobil versiya
Bakı Gənclər Mərkəzi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə “Bəla” filmi nümayiş olunub - FOTOLAR
Tarix: 29-11-2021 | Saat: 15:08
Bölmə:Seçki 2024 | çapa göndər

Bakı Gənclər Mərkəzi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə “Bəla” filmi nümayiş olunub


Bakı Gənclər Mərkəzi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə “Bəla” filmi nümayiş olunub.

Narkomaniya ilə mübarizə məqsədilə 26 noyabr 2021-ci il tarixində Bakı Gənclər Mərkəzi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə tədbir həyata keçirilib.

Tədbirin ilk hissəsində narkomaniya ilə mübarizə məqsədilə lentə alınmış “Bəla” filmi nümayiş etdirilib. İkinci hissədə isə filmin yaradıcı heyəti, psixoloq və narkoloqun diskussiya şəklində maarifləndirici müzakirələr baş tutub.

Psixoloq və narkoloq narkotik maddələrin yaratdığı psixoloji və psixi aslılıq, törətdiyi xəstəliklər, məktəblilər və gənclər arasında geniş yayılmasının səbəbi, zərərli vərdişlərin fəsadları, narkotik aludəçisi olan insanların əlamətləri kimi mövzulara toxunublar.

Sonda qonaqlar səmimi görüş üçün tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirmişlər.

Tədbirin keçirilməsində məqsəd, gənclərin narkomaniya ilə mübarizə məqsədilə maarifləndirilməsi və bu məsələyə olan diqqətinin artırılmasıdır.

Tədbirdə bir sıra media nümayəndələri, ictimai xadimlər və 150-ə yaxın gənc iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024