Azərbaycanın radarda görünməyən hərbi təyyarəsi
Tarix: 05-05-2016 | Saat: 17:00
Bölmə:Gündəm | çapa göndər
Bir sıra avtomobil modellərinin dizaynını hazırlayan gənc dizayner Ramil Nəcəfov Azərbaycan hərbi aviasiyası üçün yeni bombardmançı qırıcı təyyarə üzərində işi yekunlaşdırıb. "BMV” və "AZERANT” adlı avtomobil dizaynlarından sonra R.Nəcəfov "Xəz-747” bombardmançı qırıcı təyyarənin layihəsini də başa çatdırıb.
AZƏRTAC-a məlumat verən gənc dizayner deyib: "Xəz” sözü Xəzər dənizinin adından götürülüb. Qırıcı təyyarənin dizaynı "3D MAX” proqramında yığılıb. Layihəyə əsasən, təyyarə birpilotlu və ikimühərriklidir. Üç yanacaq çəninə malikdir və azot yanacağı ilə reaktiv sürət yığa bilər. Havada maksimal sürəti saatda 2500 kilometrə çatır. Qanadların alt hissəsində 30 millimetrlik top, reaktiv lazer radara malik 6 raket daşıya bilər. Əlavə olaraq, 8 nüvə bombası da götürmək iqtidarındadır. Həmçinin "RG4” bombası da yerləşdirmək mümkündür. Raketlər 12 kilometrədək uzaqlıqda düşmən hədəflərini vura bilər. Qanadlarda xüsusi qoruyucu pərdə də mövcuddur ki, bu da mühərrikə hər hansı təhlükənin qarşısını alır”.
Gənc mütəxəssis deyir ki, "Xəz-747”nin pilotu 15 kilometr yüksəklikdə oksigen balonu olmadan da nəfəs ala bilər. Təyyarə xüsusi sistem sayəsində radara görünmür. Bu təyyarə 30 kilometrdən düşmən hədəflərini obyektlərin peyk radar naviqasiyası sayəsində müəyyənləşdirə bilir.
"Yeni layihəmi Azərbaycan Ordusunun aprel zəfərinə həsr edirəm. Ümid edirəm ki, "Xəz-747” qırıcısı Azərbaycan hərbi aviasiyasının tarixinə bir yenilik gətirər. İstəyirəm ki, bu təyyarə gələcəkdə Azərbaycanın hərbi aviasiya sahəsində iz salsın, "Xəz-747” düşmənlə döyüşdə öz sözünü desin”, - deyə R.Nəcəfov vurğulayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər