Mobil versiya
Yeni Azərbaycan Partiyası haqqın və xalqın gücüdür.
Tarix: 23-11-2021 | Saat: 10:03
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni Azərbaycan Partiyası  haqqın və xalqın gücüdür.

Bu gün fəxrlə və inamla partiyanın üzvü olaraq deyirəm ki,Yeni Azərbaycan Partiyası ölkəmizdə yaradıldığı ilk gündən siyasi iradəni və xalqımızın milli maraqlarını təmsil edən vahid siyasi qüvvəyə çevrilib.Buna səbəb isə yalnız partiyanın Azərbaycan xalqının istəyi və tələbi ilə Ulu Öndərin qətiyyəti,siyasi iradəsi sayəsində 1992 ci ildə yaradılması olmuşdur.Bu gün Qafqazın lider partiyası olan Yeni Azərbaycan Partiyası yaranmasının 29 cu ili Respublikamızın hər yerində olduğu kimi Saatlı rayonundada yüksək əhval,ruhiyyə ilə qeyd olunur.Çöhrəsində partiyanın üzvü olduğu üçün sevinc hissi görünən insanları hər gün gördükdə YAP-nın banisi,xalqının xilasgarı,məhv olma təhlükəsi ilə üz-üzə qalan Müstəqil Azərbaycan dövlətini quran Ulu Öndəri xatırlayır və onunla olan xoş xoş xatirələr yad olunur.Qeyd edirəm ki,müstəqil Azərbaycan öz suverenlik tarixinin uğurları Yeni Azərbaycan Partiyasını yaradan dahi öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğu kimi,bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün böyük rolu və fədakarlığı ilə bağlıdır. Biz 15 saylı Saatlı rayonu ərazi ilk partiya təşkilatı olaraq təbliğat və təşviqat işlərini daima diqqətdə saxlayır və partiya işlərinin irəli aparılması üçün əlimizdən gələni edirik.Ulu Öndərin partiya haqqında çıxışlarında qeyd etdiyi kimi “Yeni Azərbaycan Partiyasının gücü daima Azərbaycan xalqının Partiyaya inamı,etibarı və etimad göstərməsi ilə ölçüləcəkdir”.Yeni Azərbaycan Partiyasının ölkəmizdə iqtidar partiyası olaraq fəaliyyəti dövründə,bu 29 il müddətə nəzər saldıqda,görünür ki,aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanın siyasi,iqtisadi müstəqilliyi dahada artıb,ölkəmizin beynəlxalq arenada çəkisi,qüvvəsi möhkəmlənmişdir.Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycanın Respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırmış,ölkəmizi regionun lider dövlətinə çevirmişdir.Buda əhalimizin sosial rifahınının yaxşılaşmasına gətirib çıxartmışdır.Beləliklə demək olar ki,bu gün Yeni Azərbaycan Partiyası xalqı öz ətrafına sıx toplayaraq,ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi artıq özünü sübut etmişdir.Partiya haqqındakı ürək sözlərimi bu cümlə ilə yekunlaşdıraraq,təbrik etmək istəyirəm.Yeni Azərbaycan Partiyasının bütün üzvlərini və sədri cənab prezident İlham Əliyevi Saatlı rayonunun bütün gəncləri adından partiyamızın 29 yaşı münasibəti ilə təbrik edir və gələcək işlərində uğurlar arzu edirəm.Əmin olduğumuzu bildirmək istəyirəm ki,Yeni Azərbaycan Partiyası Azərbaycanımızda müstəqillik yolunu getdikcə genişləndirən və onu daimi edən ,xalqa düzgün yol göstərən milyonlarla azərbaycanlıların partiyası olaraq inkişaf edəcəkdir və yaşayacaqdır.

Memarı Ümummilli Lider Heydər Əliyev olan müasir Azərbaycanın ən böyük sərvəti onun siyasi və iqtisadi sabitliyidir.Bu sabitlik Ulu Öndərin yuxusuz gecələrinin,gərgin iş rejiminin və Azərbaycanın bu günkü günlərinə,işıqlı sabahına hesablanmış siyasətinin nəticəsidir.Böyük təəsuf hissi ilə qeyd etmək istəyirəm ki,bu gün artıq dünyanın inkişaf etməkdə olan ölkələri sırasında liderliyi qoruyub saxlayan Azərbaycanda bu proqresi gözü götürməyən, xarici qüvvələrin əlində alət olan,təxribat yaratmaq fikrində olan insanlar,xalqımızın firavan həyatını pozmağda marağı olan qüvvələrdə vardır.Mən,Saatlı rayonunun Yeni Azərbaycan Partiyasına üzv olan bütün gəncləri adından məlum hadisələri pisləyir və gənclik olaraq bu hadisə bizi çox narahat edir deyirəm.Biz bunu qəti şəkildə pisləyirik.Qeyd etmək istəyirəm ki,bir qrup radikal,ekstremist düşüncəli insanların din və sair pərdələr arxasında etdikləri qanunsuz hərəkətlər həqiqətəndə sağlam Azərbaycan gəncliyi tərəfindən çox pis qarşılanır.Bir məqama diqqətinizi cəlb etmək istəyirəm ki,bəzi radikal qruplaşmaların heç Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində belə rəsmi qeydiyyatı yoxdur.Pezidentin ölkə daxilində apardığı siyasi və iqtisadi siyasətin nəticəsi olaraq yaranmış münbit şəraitdən,sabitlikdən sui istifadə edən və müxtəlif adlar altında,mənsubiyyəti məlum olmayan,qeydiyyatsız və qanunsuz fəaliyyət göstərən qruplaşmalar bəzən həyat təcrübəsi olmayan, yeniyetmə gənclərdən istifadə edərək özlərinin məkrli siyasətini həyata keçirirlər. Fikrimcə Azərbaycan gəncliyi daha ağıllı və intellektual səviyyəlidir.Heç şübhəsiz ki,aramızda olan cahil gəncləri də biz marifləndirməliyik.Elə etməliyik ki,xarici qüvvələr və onların əlində alət olan bəzi radikal,özünü-sözünü bilməyən yeniyetmə üç,beş gənci ətrafında toplayan qruplar əmin olsunlar ki, bu xalq özünün müstəqilliyini qanı,canı bahasına əldə etmişdir.Buna hər hansı şəkildə xələl gətirmək,zərər toxundurmaq mümkün olmayacaq.Təbii ki,bu da bizlərin öz Prezidentimiz ətrafında sıx birləşməsi ilə olacaqdır.Azərbaycan gəncliyi qətiyyətlə bilir və əmindir ki,Ulu öndərin qurub,yaratdığı,biz gənclərə əmanət buraxdığı müstəqil və müasir Azərbaycanın ictimai-siyasi və iqtisadi sabitliyi onun ən qiymətli sərvətidir.Gənclərimiz əmindir ki,qüdrətli dövlətimiz min-bir əziyyətlə araya-ərsəyə gəlmiş,şəhidlərimizin qanı bahasına qazanılmış stabillik,sabitlik istər xarici qüvvələrin,istərsədə onların əlində alət olan "insanlar" öz layiqli cavabını alacaqdır.Bu radikal qruplaşmalarda birmənalı olaraq cəzalanmalıdır. Azərbaycan gəncliyi müstəqil Azərbaycanın günü-gündən çiçəklənməsi və inkişafı üçün,bu sabitliyin qorunub, saxlanması üçün ölkə başçısının daima yanında olacaq və onun göstərişi ilə hərəkət edəcəkdir.Azərbaycanda tam əminliklə deyərdim ki,gənclərə göstərilən diqqət və qayğı dövlətin perspektiv inkişafından xəbər verir.Hər zaman Xalqına güvənən ölkə rəhbərinin,prezident İlham Əliyevin bütün sahələrdə apardığı məqsədyönümlü islahatları xalqın sosial durumunun yaxşılaşdırılmasına, Azərbaycanın regionun lider dövlətinə cevrilməsinə təkan verən amillərdəndir.Düşünürəm ki,Prezidentimiz İlham Əliyevin dövlətçilik və milli maraqlara xidmət edən siyasəti bəzi məmurlar haqqında son atılan addımı,görülən ölçü bir daha Azərbaycan xalqına göstərdi ki, ölkədə bəzi sahələrdəki özübaşnalıq və cənab Prezidentin etimadından sui istifadə, nankorluq cəzasız qalmadığı kimi,bundan sonrada başqa sahələrdə bu kimi hallara, məmur cinayətlərinə yol verilməyəcəkdir.Deyərdim ki,Prezidentin məmurlara təpkisi Ümumxalq rifahına xidmət edir.

Bildiyiniz kimi dünyamız hazırda yeni,çağdaş və müasirlik dünyasıdır.Daima yeniləşən və müasir olan dünya ilə ayaqlaşmaq,eyni zamanda mədəni və irsi adət,ənənələrimizi,milli mentalitetimizi qoruyub saxlamaq və yaşatmaq üçün güclü liderə ehtiyac olmuşdur.Bu lider Ulu öndər ideyalarının layiqli davamçısı olan,gördüyü xeyirxah işlərlə bütün ictimai-siyasi fəaliyyəti dövründə xalqının böyük inamını qazanmış Birinci Vitse-prezident Mehriban xanım Əliyevadır.O,Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan bir nəslin təmsilçisi olmaqla,ziyalı və milli ailədə yetşmişdir.Mehriban xanım Yeni Azərbaycan Partiyasının sədr müavini olaraq,Prezidentin ən sadiq silahdaşıdır.Xalqımız Birinci Vitse-prezident Mehriban xanımın təşəbbüsünü,gördüyü işləri ölkəmizin bütün sahələrində,xüsusilə səhiyə,təhsil və mədəniyyət sahələrindəki islahatların böyük mərhələsi kimi əhəmiyyətli olduğunu bilir və qiymətləndirir.Birinci xanımın bir,sıra sosial,humanitar layihələri olduqca əhəmiyyətlidir.Yeni ailə quran şəxslərin nigahdan əvvəl icbari tibbi müayinədən keçməsi,talassemiya və hemofiliya xəstələrinə dəstək haqqında,valideyn himayəsindən məhrum uşaqların,əlil uşaqların təhsil haqlarının ödənilməsi təhsil və səhiyyə sahəsinə diqqət,ölkə prezidentinin apardığı islahatların əsas ana xəttidir.Əminliklə qeyd edim ki,ölkədə bütün sahələr Birinci Vitse-prezident Mehriban xanımın daima diqqət və qayğısı ilə əhatə olunmuşdur.Mehriban xanm ictimai-siyasi fəaliyyətinin bütün dövründə möhtərəm prezident İlham Əliyevlə çiyin-çiyinə dayanmış,xalqımız və dövlətimiz üçün taleyüklü məsələlərin həllində əlindən gələni etmişdir.Uğurla aparılan islahatlarda böyük rolu və hazırlanmasından tutmuş,həyata keçməsinədək iştirakçısı olduğu sosial proqram və layihələrdə səmimiyyəti və bacarığı ilə Mehriban xanım Əliyeva xalqımızın bütünlüklə inamını qazanmışdır.Mən Birinci Vitse-prezidenti Müstəqil Azərbaycan və bütün bölgə dövlətləri,xalqları üçün göstərdiyi məqsədyönlü siyasi fəaliyyətinə görə bəşəriyyətin xəzinəsi adlandırardım. Mehriban xanım artq öz şəffaf fəaliyyəti ilə özünü bütün dünyaya sübut etmişdir.O,layiqli davamçıdır.

Xalqımızın heç vaxt unutmayacağı və prezident,Ali Baş Komandan İlham Əliyev öz qətiyyəti ilə və şanlı Ordumuzun rəşadəti sayəsində,30 il erməni taptağı altında olan tarixi torpaqlarımızı işqaldan azad etmə sevincini qədirbilən Xalqımıza yaşatdı.Tarixdə misli-bərabəri olmayan,44 günlük vətən müharibəsi ilə şanlı Zəfəri bizlərə yaşadan partiya sədri,Ali Baş Komandan İlham Əliyevlə partiya üzvlərimizin səfərbər olaraq istər ön,istərsədə arxa cəbhədə müharibədə ümummilli qələbənin təmin olunması üçün səfərbər olması,Ali Baş komandanın arxasında sıx birləşərək əlindən gələni etməsi doğrudanda qürurverici hadisə idi.Mən bu vətən müharibəsində şəhid olan bütün partiya silahdaşlarımıza və bütövlükdə qardaşlarımıza uca Allahdan rəhmət və onların doğmalarına səbr diləyirəm.Xalqımız onları daima qəlblərdə yaşadacaqdır.Qürurla qeyd edirəm ki,bu ümummilli qələbəmizlə mənfur erməni xislətinə son qoymaqla yanaşı,30 il müddətə itmiş haq və ədalətin bərpası idi,hansı ki,Ali Baş Komandanımız şücayətli Ordumuzla təmin etdi.Bu tarixi Zəfərimiz hələ uzun müddət dünyanın güclü ölkələrinin hərbi məktəblərində öyrəniləcək və 44 günlük möhtəşəm qələbəmizlə yekunlaşan müharibə müzakirə olunacaqdır.Qısa müddət ərzində və az itki ilə bu Zəfər Partiya rəhbərimiz,Ali Baş Komandan İlham Əliyevin planlı hərbi savadı səriştəsi və gücünün nəticəsi idi. Xatırlatmaq və bir-neçə kəlmədə görünən düşmən erməni işğalçı qüvvələri üzərində möhtəşəm qələbə ilə bərabər,görünməyən,təhlükəli düşmən COVİD 19-a qarşı cənab Prezidentin dünyada alternativi olmayan mübarizə və mühafizə üsul-siyasətindən yazmaq istəyirəm.Diqqətinizi keçən il vətən müharibəsi getdiyi vaxtda cənab Prezidentin bu pandemiyaya qarşı ümumdünya Səhiyyə Təşkilatının yaratdığı ÜST qurumuna,vaksinləri bütün dünyada ölkələr arasında ədalətlə paylanması çağrışına çəkmək istəyirəm.Şübhəsiz bu ədalət çağrışı gedən ağır müharibə zamanı,cənab prezident İlham Əliyevin cəsarəti və bütün müsəlman və ya qeyri ölkələrin rəhbərlərinə bir nümunə idi.Bu gün artıq ölkəmizdə vaksinləşmənin 3 və 4 cü dozalarının təmin olunması,vurulması,Prezidentin bu ədalətli çağırışının nəticəsi və ölkə rəhbərinin əhalimizin sağlamlığı üçün yürütdüyü siyasətin uğurlu davamıdır.Mən bütün Saatlı rayonu Yeni Azərbaycan Partiyası üzvləri və bütün sakinlərimiz adından ölkə rəhbəri,prezident İlham Əliyevə yürütdüyü xalqımızın işıqlı sabahı,firavan gələcəyi naminə,güclü iqtisadi-siyasətə görə öz minnətdarlığımızı bildirir və xalqımız daima sizinlədir, deyirəm. Sonda bir daha mövzuya aid,tam əminliklə qeyd edirəm ki,Yeni Azərbaycan Partiyasının gücü Azərbaycanda haqqın və xalqın gücüdür.

Eşq olsun Prezident İlham Əliyevə!
Yaşasın müstəqil və müasir AZƏRBAYCAN!

Vüqar Məmmədov,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı, 15 saylı ərazi ilk partiya təşkilatının sədri

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024