Mobil versiya
Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb
Tarix: 20-11-2021 | Saat: 13:42
Bölmə:Seçki 2024 | çapa göndər

Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb

Bakıda silsilə oğurluq edən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 12-də Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materiallarını oğurladığına görə tutulmuş R.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun T.Həmidov və digər 1 nəfərlə birlikdə noyabrın 9-da rayon ərazisində kirayədə yaşayan bir qadının mənzilinə daxil olub hədə-qorxu gəlməklə 1700 manat pulunu və 2000 manat dəyərində qızıl-zinət əşyalarını almaları da müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürlüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024