Mobil versiya
Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü ilə əlaqədar YAP Saatlı rayon təşkilatında tədbir keçirilib.
Tarix: 20-11-2021 | Saat: 12:11
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyasının  29-cu ildönümü ilə əlaqədar YAP Saatlı rayon təşkilatında tədbir keçirilib.

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Saatlı rayon təşkilatı “Yeni Azərbaycan Partiyası çox böyük şərəfli və uğurlu yol keçmişdir” mövzusunda yığıncaq keçirdi.

Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Yığıncaqda çıxış edənlər böyük fərəh hissi ilə qeyd etdilər ki, Azərbaycanın xilası naminə, xalqın tələbi və istəyi ilə YAP-a rəhbərlik etməyə razılıq verəndən sonra dahi siyasətçi Heydər Əliyevin böyük siyasətə qayıdışının əsası qoyuldu. 1992-ci ilin noyabrın 21-də YAP-ın təsis konfransı keçirildikdən sonra o vaxtki iqtidarın təzyiq və hücumlarına məruz qalan Ümummilli Lider Heydər Əliyevin bütün ölkədə tərəfdarları mütəşəkkilliklə siyasi təşkilatda birləşdilər. Bu hadisə bir siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycandakı nüfuzunu, xalqın ona inamının və məhəbbətinin nə qədər böyük olduğunu sübut etdi. 1993-cü ilin iyununda, Azərbaycan millətinin və dövlətçiliyinin müqəddəratının həll edildiyi o ağır məqamda xalq öz qeyrətli oğlunu haraya çağırdı. Ümummili Lider Heydər Əliyev bütün xalqın arzu və təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra dövlətimizin əsl müstəqillik tarixi başlandı. Bu, o ağır dövürdə sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan Ulu Öndər Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi.

Çıxış edənlər razılıq hissi ilə qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi, birlik, iradə, əzmkarlıq nümayiş etdirərək tarixi missiyasını yerinə yetirdi, ədaləti bərpa etdi, işğala son qoyaraq şanlı tarixini yazdı. Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində Qarabağın işğaldan azad olması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin düzgünlüyünü, heç bir alternativi olmadığını tam sübut etdi. Bütün bu uğurların əldə olunmasında çox hörmətli Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi yeri və rolu olmuşdur. Bu müddət ərzində bütün işlərdə fəal iştirak edərək vacib məsələlərin həllində Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq doğma vətənimizin tərəqqisi naminə misilsiz xidmətlər göstərmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025