Həkim-narkoloq: Narkotik maddələrdən asılılıq xroniki xəstəlikdir
Tarix: 19-11-2021 | Saat: 15:48
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Respublika Narkoloji Mərkəzinə xəstələr könüllü şəkildə müalicə almaq məqsədilə müraciət edirlər. Müraciət edənlər arasında son zamanlar biz sintetik narkotiklərin qəbuluna daha çox rast gəlirik. Buna metamfetamini nümunə çəkə bilərik. Lakin bununla yanaşı, polinarkomaniya diaqnozu da qeydə alınır. Bu, bir neçə narkotikin birgə qəbulu nəticəsində yaranmış asılılıqdır. Buraya opiatlarla psixosimulyatorların birgə qəbulunu nümunə göstərmək olar. Hətta narkotik maddə qəbuletmə müddəti uzun olan xəstələr əvvəllər bir narkotik istifadə edirdilərsə, indi onlar arasında da sintetik narkotikin opiatlarla birgə qəbulu daha çox yayılıb. Yeniyetmələr arasında da narkotik qəbul edənlər müraciət edir. Yaşı 17-dən az olan xəstələr də var. Ötən ilin rəsmi statistikasına əsasən onların sayı 9 nəfərdir. Müraciət edən xəstələr arasında anamnestik məlumatlar topladıqda məlum olur ki, narkotiklərin əldə olunması əvvəlki illərə nisbətən daha rahatlaşıb. Bu, son zamanlarda sosial şəbəkələrdə, yəni internet üzərindən narkotik satışının daha asan şəkildə olmasından irəli gəlir. Baxmayaraq ki, Daxili İşlər Nazirliyi tərəfindən sosial şəbəkələr üzərindən satışlarla da bağlı tədbirlər görülür, məsuliyyətə cəlb olunanlar olur, yenə də bu prosesi idarə etmək asan deyil.
Bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloq Zamin Əliyev deyib.
Həkim-narkoloq bildirib ki, sintetik narkotiklərdən daha çox yayılan və stimulyatorlar qrupundan olan metamfetamin “patı”, “şüşə” də adlandırılır. Onun kristallik quruluşu şüşəyə bənzəyir. Metamfetamin qəbul edən şəxslərdə beyin pozuntuları, psixi pozuntular daha çox müşahidə olunur. Çünki hər hansı bir şəxs mütəmadi olaraq stimulyator qəbul edirsə, onun yuxu sistemində problemlər yaranır və günlərlə yatmır. Bu zaman enerji mübadiləsinin həddindən çox olması, bədən fəaliyyətinin tükənməsi ilə yanaşı, bütün orqanlar təzyiq altında işləməyə başlayırlar. Bir neçə gün yatmayan xəstədə psixi pozuntular yaranır. Onlarda görmə, eşitmə hallüsinasiyaları olur, dərinləşmə halında sayıqlamalara keçir. Bu vəziyyət ətraf üçün, xəstənin özü üçün çox təhlükəlidir, hətta ölümlə nəticələnə bilər. Həmin şəxs cinayət xarakterli hadisələr törədə bilər.
Yeniyetmə və gənclər arasında narkotik maddə istifadəsinə səbəb olan bir neçə amil var. Belə ki, buna sosial amillər də təsir edir. Ailədə valideynlərdən biri narkotik qəbul edirsə, o, öz övladına nəzarət edə bilmir. Evdə narkotikin olması nəzarətin itməsi ilə nəticələnir. Bundan başqa, səhərdən axşamadək işdə olan valideynlər övladları üzərində maddi nəzarəti həyata keçirmirlər. Yəni, övladlarına istədikləri qədər pul verir, lakin onu hara və necə xərclədikləri ilə maraqlanmırlar. Burada şəxsin özünün fərdi xüsusiyyətləri də rol oynayır. Yəni asanlıqla hansısa qrupun təsiri altına düşür, öz mənliyini sübut edə, iradəsini ortaya qoya bilmir, qrupda öz tabeçiliyini göstərir.
Mərkəzin şöbə müdirinin sözlərinə görə, narkotik maddələrdən asılılıq xroniki xəstəlikdir: “Ona görə də bununla bağlı tam sağalma ifadəsini işlədə bilmirik. Həmin şəxslər narkotiklərdən bir neçə il tam imtina etsə belə, biz bunu remissiya fazası adlandırırıq. İnkar olunmur ki, residiv hallar da kifayət qədərdir. Yəni təkrarən müraciət edən xəstələrin sayı faiz etibarilə narkotikin qəbulunu dayandıran xəstələrin sayından çoxdur. Elə xəstələr var ki, bir müddət fasilədən sonra yenidən narkotik qəbuluna başlayırlar və təkrar müraciət edirlər.
Narkotik maddənin özü ilə yanaşı, onun tərkibində xeyli sayda kimyəvi maddələr də olur. Bu da orqanizmə dağıdıcı təsir göstərir. Müayinələr apardıqda, laborator analizlərə baxdıqda xəstənin bütün analizlərində dəyişikliklər müşahidə olunur. Uzun müddət narkotik qəbul edən insanın immun sistemi çox zəifləyir, belə xəstələr günlərlə qida qəbul etmədiyinə görə kəskin arıqlama halları baş verir. İlkin olaraq belə xəstələrdə respirator infeksiyaların əmələ gəlməsi tez müddətdə baş verir və onlar daha çox ağciyər vərəmi ilə xəstələnirlər. Qaraciyər ilkin olaraq sıradan çıxır. Həmçinin böyrəklər də zədələnir. Uzun müddət narkotik qəbul edən xəstə asılılıqdan çıxdıqdan sonra demək olar ki, bütün orqanlarda dəyişiklik yaranır. Ən böyük fəlakət narkotiklərin sinir sisteminə verdiyi dağıdıcı təsirdir. Həmin şəxslərin şəxsiyyət səviyyəsində eniş müşahidə olunur. Bir müddətdən sonra onlar özlərinin şəxsiyyət səviyyəsində yaranan ağır patologiyanı hiss edə bilmirlər. Yeni narkotik qəbulediciləri ilə danışdıqda görürük ki, onlar öz tənqidi hisslərini hələ itirməyiblər. Özlərinə tənqidi yanaşır, vaxtilə geyimlərinə, səliqə-sahmanlarına fikir verdiklərini, indi isə yalnız narkotik əldə etmək yollarını fikirləşdiklərini və fiziki asılılıqdan qurtulmaq istədiklərini deyirlər. Narkotik qəbul edənlər gigiyena qaydalarına düzgün əməl edə bilmir, səliqə-sahmanlarına fikir verə bilmirlər ki, tənqidi yanaşma qabiliyyətini itirməyənlər də bunu təsdiqləyirlər. Uzun müddət narkotik qəbul edənlərdə tənqidi yanaşma hissi olmur. Yəni burada sırf davranış pozuntuları yaranır. Ətrafa qarşı kriminal davranış pozuntuları yaranır, yalandanışma halları artır və bu, bir xarakter kimi formalaşır. Dəyərlər itir. Həmin itən keyfiyyətləri düzəltmək çox çətindir. Çünki uzun müddət keçib və həmin dəyişikliklər yaranıb. Bunların düzəlməsi üçün illər lazımdır. İlkin fiziki asılılıq əlamətlərini ortadan götürdükdən sonra psixoloji asılılıq halları yaranır. İradə sferasında dəyişiklik olur, “mən narkotikə yox deyə bilmirəm” fikirləri daha çoxalır. Uzun müddət narkotik qəbul edən şəxslər müalicə kursu keçdikdən sonra onlar arasında residiv halların artma səbəbi iradə sferasında qeydə alınan pozuntulardır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024