Mobil versiya
Rusiyadan Ermənistana xəbərdarlıq: "Vəziyyəti ağırlaşdırmayın"
Tarix: 05-05-2016 | Saat: 15:45
Bölmə:Siyasət | çapa göndər

Rusiyadan Ermənistana xəbərdarlıq: "Vəziyyəti ağırlaşdırmayın"








Dağlıq Qarabağın müstəqil dövlət qismində tanınmasını nəzərdə tutan qanun layihəsinin Ermənistan hökumətində müzakirəsini və bəyənilməsini ciddi narahatlıq üçün səbəb saymıram. Bu sənəd, sadəcə, iki erməni deputatın təklifidir.
Aia.Az RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda "Dağlıq Qarabağın tanınması" ilə bağlı başlanmış yeni prosesləri şərh edərkən deyib.
Lavrovun sözlərinə görə, Ermənistan hökuməti ölkədəki gərginliyi azaltmaq üçün belə addım atıb.

"Təşvişə və ya təlaşa düşmək niyyətində deyiləm. Ermənistan paytaxtında olanda həmkarım Edvard Nalbandyanla telefonla danışdım, sonra isə Moskvada, apreldəki məlum hadisələrdən sonra Ermənistan rəhbərliyinin münaqişənin dinc yolla tənzimlənməsinə sadiq olduğu dəqiq və konkret ifadələrlə təsdiqləndi. Bu isə o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada yox, yalnız ümumi anlaşmalar kontekstində müəyyənləşdiriləcək", - S.Lavrov söyləyib.

Xatırladaq ki, Ermənistan parlamenti mayın 10-da "Dağlıq Qarabağın tanınması" ilə bağlı qanun layihəsini müzakirə etməyə hazırlaşır.
Qanun layihəsinin müəllifləri deputatlar Zarui Postancyan və Qrant Baqratyandır.

Ekspertlərin fikrincə, S.Lavrovun açıqlaması rəsmi İrəvan üçün yetərincə sərt xəbərdarlıqdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı birtərəfli qaydada "tanınma prosedur"unun yeni müharibəyə səbəb olacağını və həmin hərbi əməliyyatların bütün regiondakı qüvvələr nisbətini dəyişdirə biləcəyini anlayır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024