Əsrə bərabər iyirmi doqquz il
Tarix: 18-11-2021 | Saat: 14:51
Bölmə:Parlament | çapa göndər
Yeni Azərbaycan Partiyası tariximizin ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın gələcək taleyini düşünən və onu düşdüyü ağır vəziyyətdən xilas etmək istəyən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın müdrik oğlu Heydər Əliyevə üz tutdular. Xalqımızın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətləri Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyi xahiş etdilər. Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət nümayəndənin təmsil olunduğu partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi.
İyirmi doqquz ildir ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında öz liderliyini saxlamaqla respublikamızın inkişafında, xarici strategiyanın düzgün qurulmasında əsrə bərabər yol keçmişdir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etmişdir. Bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək tarixi nailiyyətlərə imza atmaqdadır.
Yaşadığımız son dönəmlərdə ölkəmizdə əldə olunan çox böyük uğurlar, qazanılan nailiyyətlər, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən strateji layihələr ölkə vətəndaşları tərəfindən böyük məmnunluqla qəbul edilir. Bütün bunlarla yanaşı, 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarımızın mənfur düşməndən azad olunması hər bir azərbaycanlıda böyük sevinc və fəxarət hissi yaratmışdır.
İndi qloballaşan dünyada respublikamızın iqtisadi inkişafı, sosialyönümlü problemlərin həlli, sabitliyin gücləndirilməsi, demokratik dəyərlərin qorunması,
fikir plüralizmininin genişləndirilməsi, insanların həyat şəraitinin yaxşılaşdırılması, respublikamızın beynəlxalq nüfuzunun artması ulu öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Yeni Azərbaycan Partiyası ölkənin siyası həyatına yetərincə nüfuz etmiş və cəmiyyətdə quruculuq, inkişaf, tərəqqi, humanizm missiyasını üzərinə götürərək, ölkənin siyasi həyatında güclü partiyaya çevrilmişdir. Ulu öndərimizin böyük uzaqgörənliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və XXI əsrin partiyasıdır” kəlamı artıq xeyli illər öncə öz təsdiqini tapmışdır. Buna görə də bu gün respublikamızda hər hansı sahədə aparılan işdən,qazanılan uğurdan söhbət gedərkən dövlət başçısı ilə yanaşı, Yeni Azərbaycan Partiyasının fəaliyyəti də göz önünə gəlir. Quruculuq missiyasını üzərinə götürən Yeni Azərbaycan Partıyasının sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dərin elmi təhlillərə, praqmatik düşüncəyə əsaslanan çoxsaylı islahatlar uğurla həyata keçirilir.
Azərbaycanın evsahibliyi etdiyi çoxsaylı beynəlxalq tədbirlər bu ölkənin dünyadakı kultural dəyərlərindən, tolerantlığından xəbər verir ki, bu da beynəlxalq səviyyədə qəbul olunan ən böyük mənəvi göstəricidir. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində, hər bir kəndində abadlıq-quruculuq işlərinin aparıldığının, min kilometrlərlə rahat yolların çəkildiyinin, körpülərin salındığının, yüksək meqavoltlarla ölçülən elektrik stansiyalarının tikildiyinin şahidi oluruq. Bunu ölkəsinə böyük sevgisi, xalqına, dövlətinə sonsuz istək və məhəbbəti olan rəhbər edə bilər, necə ki, edir. Bütün bunlar yalnız söz deyildir, əməldir, işdir. Bunlar hələ görünənlərin çox az bir hissəsidir.
Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev ölkə daxilində gördüyü nəhəng işlərlə yanaşı, onun ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətindəki gərgin əməyi, İslam Konfransı, Avropa İttifaqı, Avropa Şurası, BMT ilə səmərəli əməkdaşlığının yaranması sahəsindəki fəaliyyəti çox böyük uğur kimi qiymətləndirilməlidir.
Məcburi köçkünlərin problemlərinin həlli də partiyanın daim diqqət mərkəzində olmuşdur. Cənab İlham Əliyevin göstərişi ilə tikilən və istifadəyə verilən şəhərciklərin açılışında dövlət başçısının və Mehriban xanım Əliyevanın məcburi köçkünlərlə görüşləri, Prezidentin öz ad gününü məcburi köçkünlər üçün tikilmiş qəsəbədə, Birinci vitse-prezidentin isə Heydər Əliyev Fondunun binasında məcburi köçkünlər arasında qeyd etmələri hər bir köçkün ailəsinin dövlətə və rəhbərinə hörmət və sevgisini bir daha artırmışdır.
Qubadlı rayonunun vətəndaşları bütün dönəmlərdə respublikamızın ictimai-siyasi və sosial həyatında fəaliyyətləri ilə seçilmişlər və bu gün də belədir. Hesab edirəm ki, burada öncə rayon vətəndaşlarının Azərbaycan dövlətinə, dövlətçiliyinə hədsiz inam və sevgisi, torpağa məhəbbəti dayanır. Bu gün YAP Qubadlı rayon təşkilatı 83 ilk partiya təşkilatında 3612 nəfər siyasi həmfikiri özündə birləşdirir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının və onun şurasının səmərəli, məqsədyönlü fəaliyyəti nəticəsində rayonda normal işgüzar psixoloji mühit yaradılmış, idarə və müəssisələrdə səmərəli iş sistemi qurulmuşdur.
Məlum olduğu kimi, torpaqlarımız 30 ilə yaxın bir müddətdə işğal altında qalmışdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi, qətiyyətli mövqeyi və Azərbaycan əsgərinin rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad olunmuşdur. İndi hər bir məcburi köçkün tezliklə öz Vətəninə qayıtmaq arzusundadır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri, bu səfərlərdə yerli infrastrukturların bərpası ilə bağlı təməlqoyma tədbirlərində iştirakı onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərə tezliklə həyat qayıdacaqdır.
Müstəqilliyimiz, dövlətçiliyimiz, tərəqqimiz naminə mühüm siyasi qərarların verildiyi və davamlı fəaliyyətin göstərildiyi tarixi bir platformaya çevrilən Yeni Azərbaycan Partiyası bu gün regionun ən böyük siyasi partiyası olmaqla, banisi Heydər Əliyevin ideyaları əsasında yaradıcılıq, quruculuq ruhunu günü-gündən gücləndirməkdədir. Partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası özünün siyasi çevikliyini, milli inkişaf naminə təşəbbüskarlığını artırmaqda, elektoral bazasını gücləndirməkdədir.
Yeni Azərbaycan Partiyası iqtidarının ölkəmizi bundan sonra daha böyük uğurlara aparcağına hər bir azərbaycanlı möhkəm inanır.
Allahverdi HAXVERDİYEV,
YAP Qubadlı rayon təşkilatının sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-01-2025