Mobil versiya
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün yeganə yol üçtərəfli razılaşmaların icrasıdır - Peskov
Tarix: 17-11-2021 | Saat: 15:14
Bölmə:Siyasət | çapa göndər

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün yeganə yol üçtərəfli razılaşmaların icrasıdır -

Moskva Ermənistan-Azərbaycan sərhədində tərəfləri təmkinli olmağa çağırır və üçtərəfli sazişin əməl olunmasının tərəfdarı kimi çıxış edir.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü açıqlamasında deyib.

"Həqiqətən də, Ermənistan-Azərbaycan sərhədində döyüş əməliyyatlarının bərpa olunması ciddi narahatlığa səbəb oldu, amma Rusiyanın vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini sakitliyə çağırmaq mümkün oldu. Biz hesab edirik ki, vəziyyətin sabitləşməsi üçün yeganə yol üçtərəfli razılaşmaların icrasıdır", - deyə D.Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin təmasları üçün tərəflərin razılığı və hazırlığı lazımdır.

"Şübhəsiz ki, müəyyən mərhələdə bu cür təmaslara zərurət yaranacaq. Amma bunun üçün üç tərəfin razılığı və hazır olmaları lazım olacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025