Mobil versiya
Heydər Əliyevin ideyalarını yaşadan partiya
Tarix: 17-11-2021 | Saat: 11:54
Bölmə:Seçki 2024 | çapa göndər

Heydər Əliyevin ideyalarını yaşadan partiya

Bildiyiniz kimi tarix boyu dünyanın ayrı-ayrı ölkələrində müxtəlif siyasi partiya və təşkilatlar yaranmışdır. Lakin bunların bir qismi imperialist dövlətlərin rəhbərləri tərəfindən yaradılan və xalqa zor gücü ilə qəbul etdirilən tək partiyalar olmuşdur ki, sonralar həmin imperiyaların çökməsi ilə tarix səhnəsindən silinmişlər. Hazırda dünyada xalqın rəğbətini qazanan,legitimlik əldə elən tək-tək partiyalar mövcuddur, ki onlardan biri də 29 il öncə ölkəmizdə yaradılan Yeni Azərbaycan Partiyasıdır.YAP-sı Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. 1988-ci ildən ölkəmizdə cərəyan edən məlum hadisələr mütərəqqi ziyalıları və tanınmış şəxsiyyətləri düşündürməyə bilməzdi.Məhz belə bir şəraitdə 91 nəfər Azərbaycan ziyalısı rəsmi sənədlə Naxçıvana Heydər Əliyevə müraciət edərək ,ondan bütün xalqın arzu və istəklərinin ifadəçisi kimi yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunmuşdur. Azərbaycan tarixinə 91-lərin müraciəti kimi daxil olan bu cəsarətli adımı nəticəsində ölkəmizdəki dağıdıcı proseslərin qarşıs alındı.

Beləliklə bütün rayonlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfransla 1992-ci il noyabrın 21-də H.Əliyevin sədrliyi ilə keçirilən konfransla Yeni Azərbaycan Partiyası təsis olundu Bununla da Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri atır.Bu siyasətə sadiqlik cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə sevgidən xəbər verir.
Demokratik prinsiplər və ideyalara sadiq qalan YAP-sı Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində özünün nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq idealarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

Mətləb HÜSEYNOV,
YAP Göygöl rayon təşkilatının Kərəmli  kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024