Mobil versiya
Azərbaycan liderinin Türk Dünyasına göstərdiyi misilsiz xidmətinə verilən layiqli qiymət
Tarix: 16-11-2021 | Saat: 19:02
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan liderinin Türk Dünyasına göstərdiyi misilsiz xidmətinə verilən layiqli qiymət

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü mühüm hadisələrlə əlamətdar oldu. VIII Zirvə Görüşünün ən mühüm hadisəsi isə Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi oldu. Ali Ordeni Azərbaycan Prezidentinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim etməsi anı hər birimizdə böyük qürur hissi doğurdu.

Əlbəttə, bu Ordenin tarixi, siyasi əhəmiyyəti çox böyükdür və dərin anlamı var. Sözsüz ki, Prezident Əliyevin bu ödülə layiq görülməsini şərtləndirən amillər bütün türk dünyası üçün önəmlidir. Əvvəla, cənab İlham Əliyevin Türk dünyasında öndərliyini, təşkilat və təşəbbüskarlığını bütün dünya görür və qəbul edir, hesablaşır. Türkdilli dövlətlərin mənafelərinin qlobal miqyasda qorunmasında, müdafiəsində Əliyevin xidmətləri, liderliyi illərdir hər kəs tərəfindən aydın şəkildə müşahidə olunur. Türkdilli dövlətlərin əməkdaşlığının genişlənməsində, onların yaxınlaşmasında Azərbaycan liderinin rolu danılmazdır. Xarizmatik, prinsipial bir lider kimi onun yüksək nüfuzu da bu sırada xüsusi qeyd edilməlidir. Ən əsas məsələ isə qədim türk torpağı olan Qarabağın işğaldan azad edilməsində göstərdiyi böyük performansdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi, bir türk dövlətinin ərazi bütövlüyünün bərpası türk birliyinə böyük töhfədir. Çünki faktiki olaraq Qarabağın azadlığı türk dünyasına torpaq qazandırmaq, türkün şərəfinə şərəf qatmaq deməkdir.

Qarabağ Zəfəri həmçinin, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbədir. Proseslərin nəticəsi olaraq açılacaq Zəngəzur dəhlizi bütün Türk dünyasının, həm də Turan yoludur. Qeyd edilənlərin fonunda sözügedən Ali Orden mümkünsüz görünən işləri realllığa çevirən liderin misilsiz xidmətlərinə verilən daha bir layiqli qiymətdir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə mühüm bir mesaj vermişdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır”. Bu gün artıq reallığa çevrilən Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Bu baxımdan da Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir. Prezident İlham Əliyev özü də qeyd etdi ki, ona verilən Türk Dünyasının Ali Ordeni Azərbaycan xalqına verilmiş ordendir.

Bu gün Türkiyənin və Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihə həyata keçirilə bilməz. Bölgədə həyata keçirilən beynəlxalq və regional layihələr, o cümlədən Qarabağın bərpası üzrə layihələrdə türkdilli dövlətlər mühüm yer tutur.
Paralel olaraq bu layihələr onlar arasında bağları möhkəmləndirir. Zəngəzur dəhlizinin işə düşməsindən sonra bu bağlılıq daha da artacaq, əməkdaşlığımıza yeni bir nəfəs qatacaq, ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət təsirini göstərəcək. Habelə, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında təmasların artmasına gətirib çıxaracaq. Bütün bunlar isə əlbəttə ki, Prezident İlham Əliyevin uzun illərdən bəri həyata keçirdiyi, konkret hədəflərə yönəlik uzaqgörən siyasətinin nəticəsidir. Qeyd edilənlərin fonunda Azərbaycan lideri bütövlüklə türk dünyasının inkişafı, birliyi üçün mühüm rol oynamış oldu. Təbii ki, bu böyük işləri görmüş şəxsin “Türk Dünyasının Ali Ordeni” ilə ödülləndirilməsindən təbii iş ola bilməzdi. Bu orden haqq edilərək alınıb!

Əlidursun Mənsimov,
Salyan rayon Arxarası kənd ümumi orta məktəbin dirtektoru

Gununxeberi.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024