Mobil versiya
Azad edilən ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanıldı
Tarix: 16-11-2021 | Saat: 10:45
Bölmə:Ölkə | çapa göndər

Azad edilən ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanıldı

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilən Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən rayonun Borsunlu kənd sakini Emin Qasımov saxlanılıb.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd etdiyinə görə E.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025