Mobil versiya
Azərbaycan aviatorları yenidən qan donoru oldular - FOTO
Tarix: 12-11-2021 | Saat: 15:21
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan aviatorları yenidən qan donoru oldular


12 noyabr 2021-ci il, Bakı – «Azərbaycan Hava Yolları» (AZAL) noyabrın 12-də könüllü qanvermə aksiyası keçirib. Həmin aksiyada 200-ə yaxın aviator iştirak edib.

Qanvermə proseduru pandemiya dövründə qüvvədə olan bütün qaydalara riayət etməklə keçirilib. Qan donorluğu aviatorlar arasında artıq yaxşı ənənəyə çevrilib.

Qangötürmə məntəqəsi AZAL-ın nəzdindəki poliklinikada yaradılıb, tibb işçiləri briqadası əvvəlcədən aviatorların məcburi tibbi müayinəsini keçirib.

Müayinədən sonra toplanan qan nümunələri müxtəlif ağır xəstəlikləri olan, həmçinin qan köçürülməsinə ehtiyacı olan pasiyentlərin müalicəsi üçün nəzərdə tutulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024