Deputat: Şuşanın azad olunması Ordumuzun gücünü bütün dünyaya bir daha nümayiş etdirdi
Tarix: 07-11-2021 | Saat: 12:52
Bölmə:Siyasət | çapa göndər

Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən ilin 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi barədə xalqımıza verdiyi möhtəşəm xəbərini xatırlayarkən o günün həyəcanını yenidən yaşamış oluruq. Dövlətimizin başçısının “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!” sözləri ilə keçirdiyimiz hissləri, o günün qürurunu, sevincini, göz yaşlarını sözlə ifadə etmək bu gün də çox çətindir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
Deputat qeyd edib ki, Qarabağın döyünən ürəyi, əlçatmaz qala hesab edilən Şuşa şəhərinin işğaldan azad edilməsi hər bir azərbaycanlı üçün mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan Ordusunun, Xüsusi Təyinatlı Qüvvələrimizin, igidlərimizin əlçatmaz və alınmaz qalanın sıldırım qayalıqlarını dırmaşaraq yüngül silah-sursatla Şuşanı işğaldan azad etməsi bir daha göstərdi ki, Azərbaycanın qüdrətli, güclü və peşəkar ordusu var. Qəhrəman oğullarımızın Şuşa şəhərini azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Prezident İlham Əliyev tərəfindən Zəfər yolu adlandırılması isə xüsusilə qürurvericidir.
“1992-ci ilin 8 may tarixində erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Şuşa şəhərinin Azərbaycan Ordusunun igidləri tərəfindən məhz 8 noyabr tarixində azad edilməsi mənfur qonşularımıza tərs sillə kimi dəydi və bu sillənin səsini və ağrısını ermənilər illər keçsə də, unutmayacaqlar. Çünki Şuşanın azad edilməsi ermənilərin Azərbaycan qarşısında nə qədər aciz və zəif olduğunu bir daha isbatlamış oldu.
44 gün davam edən Vətən müharibəsi günlərində bütün dünya ictimaiyyətinin gözü Azərbaycana dikilmişdi. 30 il müddətində aparılan danışıqlar və sülh yolu ilə həll edilməyən münaqişənin hərb yolu ilə həll ediləcəyinə şübhə ilə yanaşan dünya dövlətləri Azərbaycanın möhtəşəm qələbəsindən sonra yanlış düşündüklərini qəbul etmiş oldular. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə bütün dünyaya özünün gücünü və qüdrətini nümayiş etdirdi.
“Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır”, - deyən dövlətimizin başçısı cəmi 44 gün davam etmiş və Azərbaycanın Qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsini Tarixi Zəfərimiz adlandırmışdır.
Müzəffər Ali Baş Komandanımızın yüksək diplomatik səriştəsi, qətiyyətli və sarsılmaz iradəsi, şanlı Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi sayəsində qazanılmış bu Tarixi Zəfər, Azərbaycanı bütün dünyada qalib ölkə kimi tanıtdı.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə bizə Zəfər qazandıran qəhrəman əsgər və zabitlərimiz xalqımızın qəhrəmanlıq salnaməsinə ən parlaq səhifəni yazdılar. Ordumuzun igidləri yüksək peşəkarlığa malik olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Tərəddüd etmədən Vətən naminə savaşa qatılan igid oğullarımız addım-addım irəliləyərək Vətənə sonsuz sevgi hissi ilə torpaqlarımızı işğaldan qarış-qarış azad etdilər, öz canları və qanları bahasına düşmən üzərində tarixi Zəfər çaldılar.
Şuşaya bayrağımızın sancıldığı 8 noyabr günü - Azərbaycan tarixinə əbədi olaraq Zəfər Günü kimi həkk olundu.
Azərbaycan xalqının qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, bütün dünya azərbaycanlılarının böyük fəxarətlə qeyd etdiyi şanlı Qələbəmiz, Zəfər bayramımız mübarək olsun!”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-09-2025
12-09-2025