Mobil versiya
İDDİA: "Türk pop ulduzu Sıla oğru çıxdı"
Tarix: 04-05-2016 | Saat: 21:01
Bölmə:Dünya | çapa göndər

İDDİA: "Türk pop ulduzu Sıla oğru çıxdı"








Sılanın bu il oxuduğu "Afitap" mahnısının 2004-cü ildə kosovalı müğənni Nora İsrefinin oxuduğu məlum olub.

Türkiyə mətbuatı xəbər verir ki, mahnının müəllifi Florek Boşnaku məsələ ilə bağlı Kosovanın "Express" qəzetinə açıqlama verib. O bildirib ki, Sıla və işlədiyi şirkət ondan icazə alıb, ancaq hələ ödəniş etməyiblər.

Boşnaku müəllif hüquqları ilə bağlı məhkəməyə müraciət etdiyini söyləyib.

Kosova mətbuatı başlıqda Sılanı oğru adlandıraraq onu təhqir edib: "Türk pop ulduzu oğru çıxdı".

Qeyd edək ki, müğənni Sıla bu barədə sosial şəbəkədə açıqlama verərək, yayılan xəbərlərin doğru olmadığını bildirib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024