Mobil versiya
Böyük gücə çevrilmiş birlik
Tarix: 02-11-2021 | Saat: 13:28
Bölmə:Siyasət | çapa göndər

Böyük gücə çevrilmiş birlik


Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır.

Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın beynəlxalq ictimaiyyətə ünvanlanmış sərt ifadələri və hər zaman Azərbaycanın yanında olacağı ilə bağlı qətiyyəli fikirləri Azərbaycana beynəlxalq müstəvidə göstərilən mənəvi dəstək idi.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə siyasi platforma ilə məhdudlaşmır. Bununla yanaşı, hərbi, iqtisadi, sosial, mədəni və digər aspektlər üzrə də geniş əlaqələr mövcuddur.

Oktyabrın 26-da Azərbaycan və Türkiyə liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli beynəlxalq hava limanının açılışı mərasimi baş tutub. Türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri ilə inşa olunan hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.Açılış zamanı Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın yenidən bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir.

Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının səlahiyyətlərini icra edən
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024