Mobil versiya
Liderlərimizin çağdaş ideyalarına və Türkiyə – Azərbaycan birliyinə, qardaşlığına eşq olsun!
Tarix: 01-11-2021 | Saat: 12:08
Bölmə:Siyasət | çapa göndər

Liderlərimizin çağdaş ideyalarına və Türkiyə – Azərbaycan birliyinə, qardaşlığına eşq olsun!


Ulu öndərlərimiz Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” hikmətli kəlamları Azərbaycanla Türkiyə arasındakı bağın və birliyin fəlsəfəsini ən möhtəşəm şəkildə ifadə edən, unudulmaz və hər gün öz əhəmiyyətini göstərən, bizi əbədiyyətə qədər bir-birimizdən ayrılmamağa, daha da sıx birliyə çağıran rəmzlərdir. Məhz bu kimi dərin məzmunlu və düşüncələrimizə məlhəm olan aforizmlərlə silahlanmış xalqlarımızın birliyi, ölkə rəhbərimizin də dediyi kimi, sarsılmazdır.

Bu sarsılmaz birliyin, bütövlüyün, həmrəy düşüncənin, bizləri bir-birimizə daha da yaxından bağlayan fəlsəfi zənginliyin nəticəsidir ki, İkinci Qarabağ savaşımızda daim yanımızda olan Türkiyə Cümhuriyyətinin lideri Rəcəb Tayyib Ərdoğanla Prezidentimiz İlham Əliyev tandemi, onların Türkiyə və Azərbaycan birliyinin sağlam təməllərlə möhkəmləndirilməsi istiqamətində apardıqları əvəzsiz, böyük işlər, birlik və bütövlük məfkurələri bütün dünyaya nümunə olacaq qədər ürəkaçan və könül oxşayandır. Bu gerçəklik, düşmənin mənfur əməli ilə darmadağın edilmiş Qarabağımızın yenidənqurma işlərində daha parlaq şəkildə özünü göstərməkdədir.

Az zaman içində Füzuli rayonunda tikilmiş hava limanına enən ilk təyyarənin də məhz Türkiyənin dövlət başçısının təyyarəsinin olması, o hava limanına qədəm basan ilk müsafirin də məhz Rəcəb Tayyib Ərdoğanın və qardaş ölkənin dövlət məmurlarından ibarət nüfuzlu heyətin olması, məhz sarsılmaz birliyi-mizin göstəricisidir.

Füzuli rayonundakı hava limanının açılışında qırmızı lenti iki qardaşın – Türkiyə və Azərbaycan öndərlərinin birgə kəsmələri, Zəngilan rayonunda tikintisinə start verilən yeni hava limanının və digər obyektlərin təməlqoyma mərasimini birgə həyata keçirmələri, həmrəyliyimizin və birliyimizin göstəricisi olan hər iki liderin məzmunlu çıxışlarındakı bağ, regional inkişaf barədə söylədikləri səmərəli fikirlərlə Qafqaza sülh gətirmək məqsədləri dünya siyasət meydanında ən tolerant və ən humanist addım kimi əvəzsizdir.

İnandığım və əmin olduğum həqiqət ondan ibarətdir ki, Azərbaycanla Türkiyə bundan sonra öz tarixi ənənəsinə sədaqətini daha da möhkəmləndirəcək və həmin ənənəyə uyğun olaraq dünyada sülhün və əmin-amanlığın bərpa olunması istiqamətində həmişə olduğu kimi, bundan sonra da nümunə göstərəcəklər. Liderlərimizin çağdaş ideyalarına və Türkiyə – Azərbaycan birliyinə, qardaşlığına eşq olsun!

Şahin ABBASOV,
YAP Göygöl rayon təşkilatının Qızılca kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024