AZ RU Mobil versiya
Ərdoğan Azərbaycana səfərindən DANIŞDI
Tarix: 27-10-2021 | Saat: 13:05
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğan Azərbaycana səfərindən

"Əziz qardaşım Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük səfərimizi uğurla başa vurduq. Qardaş Azərbaycanı onuncu dəfə iyun ayında ziyarət etmişdim. Qardaşım İlham Əliyevlə Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda bir araya gəldik".

aia.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Səfər çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan yenidənqurma və bərpa işlərini yaxından izlədik. Həmin ərazilərdə iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin tikintisi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birgə analiz etmiş olduq. Azərbaycanın nailiyyətlərinə ən az azərbaycanlı qardaşlarımız qədər biz də sevinirik. Türkiyə olaraq bu layihələrin bir parçası olmaqdan qürur duyuruq.

Səfər çərçivəsində qardaşım Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışını etdik. Bu aeroport 8 aylıq rekord zamanda tikilib. Beləliklə, əsas hava nəqliyyatı marşrutunun açılışını həyata keçirdik. Bu hava limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün daşımalarda əlavə imkan yaradacaq. Azərbaycanın regiondakı inkişaf istiqamətində atdığı addımları dəstəkləyirik. Çox qısa müddətdə başa çatdırılan mühüm nəqliyyat mərkəzinin fəaliyyət göstərməsində əməyi olan hər kəsi təbrik edirəm", - Ərdoğan əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

542 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021