AZ RU Mobil versiya
Qarabağın növbəti qonağı kim olacaq? - Putin, İmran Xan, yoxsa Zelenski?..
Tarix: 27-10-2021 | Saat: 12:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qarabağın növbəti qonağı kim olacaq? -


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsindən sonra iki dəfə Qarabağda oldu. Birinci dəfə Şuşada oldu, dünən də Füzuli və Zəngilanda.

Füzuli Hava Limanı beynəlxalq statusa malikdir. Bu o deməkdir ki, Füzuli Hava Limanı istənilən dövlətin rəsmi nümayəndə heyətini daşıyan təyyarəni qəbul etməyə hazırdır.

Əsas sual budur: Türkiyədən sonra hansı digər dövlətin rəhbərinin təyyarəsi Füzuli Hava Limanına enərək Qarabağa səfər edəcək?


"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Cənubi Qafqaz bölgəsində iki dövlətin – Türkiyə və Rusiyanın ağırlığı var.

Onda Rusiya prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanın ardınca Qarabağa gəlişi mümkündürmü?


“44 gündən sonra İkinci Qarabağ savaşını durduran Rusiya prezidenti Vladimir Putin oldu. Məhz onun səyləri nəticəsində noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında məlum bəyanat imzalandı. İki ay sonra liderlər arasında Moskvada ikinci bəyanat imzalandı. Bununla bərabər 3 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində təmas qrupu formalaşaraq il ərzində Moskvada bir neçə dəfə görüşdü. Digər tərəfdən, Rusiya sülhməramlılarının Qarabağda varlığı da Rusiyanın Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olduğuna dəlalət edir. Vladimir Putin Azərbaycanla Ermənistan arasında sərhəddin müəyyənləşdirilməsi məqsədilə aparılacaq danışıqlarda da tək vasitəçinin Rusiya olacağını vurğulayıb”,-politoloq bildirib.


Ekspertin sözlərinə görə, Rusiyanın xeyrinə olan bütün bu amilləri nəzərə alaraq, belə demək olar ki, Kreml sahibinin də gələcəkdə Qarabağa səfəri aktuallaşa bilər.

“Putinin özü də iki dəfə Qarabağa səfər edən türkiyəli həmkarı Ərdoğan geri qalmaq istəməz. Ancaq Putinin hazırki şərtlər daxilində Qarabağa səfəri Azərbaycanın maraqlarına cavab vermir. Çünki, Putinin təyyarəsi Qarabağa endikdən ,o, İlham Əliyevlə görüşüb fikir mübadiləsi apardıqdan sonra “neytrallığını” qorumaq məqsədilə Xankəndiyə gedərək, erməni separatçılarının lideri ilə də görüşəcək. Belə bir görüşü Azərbaycan heç bir halda qəbul edə bilməz. Putinin Şuşayla yanaşı, Xankəndiyə gəlişinin Azərbaycana zərəri faydasından çox ola bilər. Ona görə də Azərbaycan Qarabağın tamamına nəzarəti ələ almadann və bölgədəki erməniləri tərksilah etmədən Kreml sahibinin Qarabağa gəlişinə ehtiyac yoxdur”.


E.Şahinoğlunun sözlərinə görə, Putinin özü də anlayır ki, hazırki şərtlər daxilində Qarabağa gəlib Şuşayla yanaşı, Xankəndiyə getsə, bu, Azərbaycan-Rusiya münasibətlərində gərginliyə səbəb olacaq:

“Putinin yalnız Şuşaya və ya Füzuli, Zəngilanı ziyarəti isə erməniləri narazı salacaq. Putin erməniləri də narazı salmaq istəməz. Ona görə də Rusiya prezidentinin Qarabağa səfərindən əvvəl Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalı, sərhədlər müəyyənləşməli və Zəngəzur dəhlizi açılmalıdır”.


Buna baxmayaraq, başqa dövlətlərin rəsmilərinin Füzuli Hava Limanı üzərindən Qarabağa gəlişi mümkündür.

Siyasi şərhçi deyir ki, bu sırada Azərbaycana dost dövlətlərin – Pakistan, Ukrayna, Gürcüstan, Macarıstanın rəsmi nümayəndə heyətlərinin Qarabağla tanış olmaları mümkündür.

“Şuşa tam bərpa olunduqdan sonra bu şəhərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısını da keçirmək mümkündür”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

548 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021