AZ RU Mobil versiya
COVID-19-un aylarla davam edən fəsadı
Tarix: 27-10-2021 | Saat: 10:29
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

COVID-19-un aylarla davam edən fəsadı


Konsentrasiyanın pozulması, diqqətsizlik, yorğunluq, baş ağrıları, danışarkən söz tapmaqda çətinlik... Koronavirusdan sonra bu və buna bənzər şikayətlərin səbəbi “beyin dumanlanması” ola bilər.

Uzun müddət davam edən COVID-in ümumi simptomlarından biri olan beyin dumanlanması hətta aylarla davam edir.

Bu barədə danışan türkiyəli nevrologiya mütəxəssisi, professor Nilüfer Kale bəzi açıqlamalar verib.

Onun sözlərinə görə, beyin dumanlanması əslində tibbi termin deyil. Xəstələr bunu unutqanlıq, diqqət dağınıqlığı, konsentrasiyanın azalması, danışarkən söz tapmaqda çətinlik çəkmək, fikirlərini düzgün toplaya bilməmək, əhval-ruhiyyənin pozulması, yorğunluq, baş ağrısı kimi şərh edirlər: “Elə bil yaxşı yatmamışam” və ya “başım dumanlıdı”, “diqqətimi cəmləyə bilmirəm, düşünə bilmirəm”.

Həkim qeyd edir ki, bunlar insanların həyat keyfiyyətinə böyük təsir göstərir. Beyin dumanlanmasının xüsusi müalicəsi yoxdur. Bu tip xəstələrə “sağlım həyat tərzi” məsləhət bilinir.

“Həddindən artıq unutqanlıq, söz tapmaqda çətinlik tapmaq, bunda əlavə görmə kimi yanaşı şikayətlər olarsa nevropatoloqa müraciət etmək lazımdır”, - deyə professor vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

547 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-12-2021
01-12-2021