Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanla dənizdə külək enerjisi üzrə yol xəritəsi hazırlayır
Tarix: 22-10-2021 | Saat: 10:47
Bölmə:İqtisadiyyat | çapa göndər
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanla dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsinin hazırlanması üzərində işləyir.
Bunu Trend-ə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.
O bildirib ki, Azərbaycan 2030-cu ilədək parnik qaz tullantılarını 35 faiz azaltmaq öhdəliyini götürüb: “Buna uyğun olaraq IFC-nin Azərbaycanda strateji prioritetlərindən biri ölkənin dayanıqlı enerjiyə keçidinin dəstəklənməsi və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalına investisiyalardır. Ortamüddətli və uzunmüddətli perspektivdə istifadə oluna biləcək bərpa olunan enerji mənbələri arasında dənizdə külək enerjisi xüsusilə perspektivlidir. Dünya Bankının Enerji sektorunun idarə olunmasına kömək proqramının təhlilinə əsasən, Azərbaycanda dənizdə külək enerjisinin potensialı hazırda ölkədə generasiya olunan ümumi enerjidən dəfələrlə çox-157 giqavatt təşkil edir. Hazırda ümumilikdə ölkənin enerji generasiya gücü 8 giqavatta yaxındır”.
Onun sözlərinə görə, bu potensialı açmaqla və neftlə qazdan imtina etməklə Azərbaycan həm parnik qazlarının tullantılarını, həm də dəyişkən yanacaq qiymətləri qarşısında həssaslığını azalda bilər:
“Dənizdə külək enerjisinin tədqiqi və inkişafı həm də özəl sektorun energetikanın bütün sahələrində iştirakına kömək edəcək. Bu, rəqabəti gücləndirməyə, infrastrukturu möhkəmləndirməyə və iqtisadiyyatı şaxələndirməyə kömək edəcək. Ona görə də IFC Energetika Nazirliyi ilə dənizdə külək enerjisi sektorunun inkişafı üzrə yol xəritəsinin hazırlanması üzərində işləyir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu