Mobil versiya
Novruzəli Aslanov: “Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna etdikləri səfər xüsusi önəm kəsb edir”
Tarix: 19-10-2021 | Saat: 10:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna etdikləri səfər xüsusi önəm kəsb edir”

“2020-ci il oktyabr ayının 17-də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı Vətən müharibəsinin gedişində ən önəmli hadisələrdən biri baş verdi. Həmin gün Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad etdi. Füzulinin işğaldan azad edilməsi müharibənin ümumilikdə gedişinə və müqəddəratına həlledici təsir göstərəcək strateji əhəmiyyətli məsələ idi. Bu da ilk növbədə coğrafi mövqeyi və ərazisinin böyüklüyü ilə bağlıdır. Qeyd etmək lazımdır ki, Ermənistanın işğalçı silahlı qüvvələri məhz bu istiqamətdə çox güclü müdafiə istehkamları yaratmış və onları 30 il ərzində möhkəmləndirmişdilər. Düşmənin müqaviməti bu istiqamətdə xüsusilə güclü idi. Çünki Ermənistan tərəfi də bilirdi ki, Füzulini aldıqdan sonra artıq Şuşa istiqamətinə getmək üçün Azərbaycan Ordusuna daha geniş imkanlar açılacaq. Buna görə də onlar şiddətli müqavimət göstərirdilər. Lakin düşmənin bütün səyləri hədər idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarını azad etməkdə tam qərarlı olan qəhrəman əsgər-zabitlərimiz bu istehkamları da öz canları, qanları bahasına keçdilər və işğalçıları 44 gün ərzində addım-addım qovaraq torpaqlarımızdan çıxardılar.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, Füzuli şəhərinin işğaldan azad olunmasının birinci ildönümünü füzulililərlə qeyd edən Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu səfəri ilə də bölgənin yenidən qurulması işlərinə böyük təkan vermiş, insanlara isə daha böyük ruh yüksəkliyi bəxş etmişdir: “Azərbaycan öz ərazilərini düşməndən azad etdiyi ilk günlərdən bu torpaqlarda bərpa-quruculuq işlərinə start verib. Bununla da xalqımız və dövlətimiz bir tərəfdən bu torpaqların əsil sahiblərinin necə davranmalı olduqları barədə bütün dünyaya bir mesaj göndərmiş, digər tərəfdən də ölkəmizin iqtisadi qüdrətini nümayiş etdirmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər görülən işlərin daim diqqət mərkəzində saxlandığını təsdiq edir və eyni zamanda da bu işlərin icrasına ən güclü stimulverici amil kimi təsir göstərir. Əbəs yerə deyil ki, dövlət başçısının hər belə səfəri açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzuli rayonuna etdikləri səfər də xüsusi önəm kəsb edir. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyublar. Həmçinin səfər zamanı Ölkə Prezidenti və xanımı Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma tədbirlərində iştirak ediblər. Əlbəttə ki, Azərbaycanın iqtisadi qüdrətini və yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlət başçımızın Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Artıq bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Deyildiyi kimi, bütün bunlar Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Lakin bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycan sülhü sevdiyi kimi, onu qorumağın da qaydasını bilir və lazım gələrsə, bu sülhə təhdid törədən bütün qüvvələri dəf etməyə hər an hazırdır.”

Daha sonra Novruzəli Aslanov qeyd edib ki, artıq bütün dünya erməni qısbkarlarının işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərin şahidi olub və Füzuli rayonu da bu vəhşiliklərdən ən çox əziyyət çəkmiş rayonlarımızdan biridir: “Füzuli ictimaiyyətilə keçirdiyi görüşdə Ölkə Prezidenti cənab İlham Əliyev də qeyd etdi ki, Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Hətta Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, oraya bayrağımızı sancaq. Bu gün artlq buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib ilə erməni vəhşiliyini öz gözləri görürlər. Möhtərəm Prezidentimizin dediyi kimi, biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik. Ötən bir il ərzində bu istiqamətdə artıq böyük işlər görülüb. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır. Tezliklə azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2025