Mobil versiya
Azərbaycan və Türkiyə Qızıl Aypara Cəmiyyətləri arasında vacib sənəd imzalanıb
Tarix: 15-10-2021 | Saat: 12:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan və Türkiyə Qızıl Aypara Cəmiyyətləri arasında vacib sənəd imzalanıb

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində millət vəkili Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti, BQXQAC Federasiyasının Avropa regionu üzrə vitse-prezidenti Kərəm Kınık ilə görüşüb. Görüş zamanı hər iki Milli Cəmiyyətin əməkdaşlığının yüksək səviyyədə təşkil edilməsindən bəhs edən Novruz Aslanov Türkiyəli həmkarına öz təşəkkürlərini bildirib. Birinci Qarabağ müharibəsindən bu günə kimi humanitar sahədə əməkdaşlıq münasibətlərin yüksək səviyyədə davam etdiyini qeyd edən Novruz Aslanov istər pandemiya dövründə COVİD-19 ilə mübarizə çərçivəsində, istərsə də 44 günlük müharibə zamanı zərərçəkmiş mülki əhaliyə humanitar yardımların, sanitar-gigiyenik, mətbəx və yataq dəstlərinin, ərzaq və qeyri-ərzaq yardımlarının təmin edilməsindəki dəstəklərin Azərbaycanda çox yüksək qiymətləndirildiyini Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidentinin və əməkdaşlarının diqqətinə çatdırıb. Millət vəkili, Türk Kızılayının hər zaman Azərbaycan xalqının yanında olduğunu və dünyanın bir çox yerində ehtiyac duyulduğunda məzlumlara böyük töhfələr verdiyini ifadə edib.

Daha sonra Kerem Kınık Türkiyə respublikasına səfər edərək Türkiyə Qızıl Aypara Cəmiyyətini ziyarət etdiyinə görə Novruz Aslanova öz təşəkkürlərini bildirib və humanitar sahədəki əməkdaşlığımızın bundan sonra da davam etdiriləcəyindən məmnun olduğunu qeyd edib. Azərbaycanın Türkiyədəki meşə yanğınlarında kömək edən ilk ölkə olduğunu ifadə edən Kerem Kınık, azərbaycanlı yanğınsöndürənlərin yanğınlara canları bahasına müdaxilə etmələrini xatırlatdı və buna görə minnətdar olduqlarını söyləyib.

Sonda Türkiyə Qızıl Aypara Cəmiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə fəaliyyətlərin növbəti dövrü üçün planlaşdırılmasına dair sənəd imzalanıb. Bu sənədə görə nəzərdə tutulan əməkdaşlığın əsas məqsədi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardım qabiliyyətinin artırılmasıdır. Bu məqamı öz çıxışında vurğulayan Kerem Kınık “Qarabağda Cəbrayıl, Füzuli və Suşada çata biləcəyimiz hər nöqtədə Azərbaycan Kızılayının gücünü artırmaq üçün birlikdə çalışmağa davam edəcəyik” dedi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə daha təsirli dəstək vermək üçün bölgədə çalışan Türk Kızılayı, şaxələndirmə, fəaliyyətinin genişləndirilməsi və potensialının gücləndirilməsi üçün zəmin hazırlamaq üçün bu əməkdaşlığı imzalayıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa, Füzuli və Cəbrayıl şəhərlərində Türk Kızılayı filiallarının yenidən qurulmasına dəstək verilməsi də planlaşdırılır.

Azərbaycan və Türkiyə Qızıl Aypara Cəmiyyətləri rəhbərlərinin görüşünü işıqlandıran Türkiyə mətbuatında maraqlı bir məqam da öz əksini tapıb. Məlumatda deyilir ki, Novruz Aslanov ilə birlikdə İcma Mərkəzini ziyarət edən Kerem Kınık qonağını təəccübləndirib. Belə ki, cənab Kınık sazı əlinə götürərək “ Bu qala daşlı qala” xalq mahnısını ifa edib və oxuyub. İki Qızıl Aypara prezidenti, müxtəlif millətlərdən olan qurbanlara, xüsusən də qadınlara dəstək olmaq üçün fəaliyyət göstərən Kızılay Cəmiyyət Mərkəzində peşə təhsili fəaliyyəti ilə də yaxından tanış olublar.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024