Mobil versiya
Göyçayda toyda karantini pozanlar cərimələnib
Tarix: 15-10-2021 | Saat: 10:39
Bölmə:Cəmiyyət | çapa göndər

Göyçayda toyda karantini pozanlar cərimələnib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evlərdə keçirilən toy və şənlik mərasimlərində qaydaların pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AİA.Az-a verilən məlumata görə, rayonun Cəyirli kəndində Məhəmməd Vahidova məxsus evin həyətində təşkil edilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi və bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib.

Analoji qayda pozuntularına rayonun Hacağabəyli kəndində Elsevər Quluyevə məxsus ünvanda keçirilən şənlik mərasimində də rast gəlinib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin şəxslər inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024