AZ RU Mobil versiya
Masallıda qaydaları pozan sürüclər cərimələndi
Tarix: 15-10-2021 | Saat: 10:14
Bölmə:Cəmiyyət | çapa göndər

Masallıda qaydaları pozan sürüclər cərimələndi

Masallıda qaydaları pozan sürüclər cərimələnib.

AİA.Az-a xəbər verir ki, yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub. Şəhərin müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar, ixrac etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri aşkarlanıb.

Yol polis əməkdaşları tərəfindən eyni zamanda ictimai nəqliyyatda pandemiya qaydalarının gözlənilməsi də yoxlanılıb. Tibbi maskadan istifadə və sosial məsəfayə riayət olunması tələbləri ilə bağlı bir daha xəbərdarlıqlar edilib.

Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin nəqliyyat vasitələrinin sürücüləri ilə izahat işləri aparılıb və hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb. Yol hərəkəti təhlükəsizliyinin təmini məqsədilə bu kimi tədbirlər bundan sonra davam etdiriləcək



Məlumatlanmaq üçün Facebook səhifəmizi

1297 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021