Mobil versiya
Milli məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Türkiyə Respublikasına rəsmi səfər edib
Tarix: 14-10-2021 | Saat: 19:15
Bölmə:Siyasət | çapa göndər

Milli məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Türkiyə Respublikasına rəsmi səfər edib

AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Türkiyədə rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti, BQXQAC Federasiyasının Avropa regionu üzrə vitse-prezidenti Kərəm Kınık ilə görüşüb. Görüş zamanı hər iki Milli Cəmiyyətin əməkdaşlığının yüksək səviyyədə təşkil edilməsindən bəhs edən Novruz Aslanov ona öz təşəkkürlərini bildirdi. Birinci Qarabağ müharibəsindən bu günə kimi humanitar sahədə əməkdaşlıq münasibətlərin yüksək səviyyədə davam etdiyini bildirdi. İstər pandemiya dövründə COVİD-19 ilə mübarizə çərçivəsində, istərsə də 44 günlük müharibə zamanı zərərçəkmiş mülki əhaliyə humanitar yardımların, sanitar-gigiyenik, mətbəx və yataq dəstlərinin, ərzaq və qeyri-ərzaq yardımlarının təmin edilməsindəki dəstəklərinə görə Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidentinə və əməkdaşlarına öz dərin təşəkkürlərini bildirdi. Daha sonra Kerem Kınık Türkiyə respublikasına səfər edərək Türkiyə Qızıl Aypara Cəmiyyətini ziyarət etdiyinə görə Novruz Aslanova öz təşəkkürlərini bildirdi. Humanitar sahədəki əməkdaşlığımızın bundan sonra da davam etdiriləcəyindən məmnun olduğunu qeyd etdi.

Sonda Türkiyə Qızıl Aypara Cəmiyyəti ilə AZƏRBAYCAN Qızıl Aypara Cəmiyyəti arasında birgə fəaliyyətlərin növbəti dövrü üçün planlaşdırılmasına dair sənəd imzaland

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024