Mobil versiya
TİKA Bakı Ofisinin nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub
Tarix: 13-10-2021 | Saat: 12:46
Bölmə:Təhsil | çapa göndər

TİKA Bakı Ofisinin nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub

TİKA Bakı Ofisinin nümayəndə heyəti Gəncə Dövlət Universitetinə səfər edib.

Görüşdə TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmaz, TİKA Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, TİKA Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşı Abbas Hümmətov, TİKA Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşı Elmir Laçınov, Universitetin rektoru professor Yusif Yusibov və İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov iştirak etmişlər.

Görüş zamanı rektor yeni təyin edilmiş TİKA Bakı Proqram Koordinatorunu bu münasibətlə təbrik etdikdən sonra TİKA-nın dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat verdi. Sonra universitetin yeni tədris binasının həyətində yerləşən yataqxana binasının təmiri ilə bağlı layihənin son vəziyyəti müzakirə olundu. Daha sonra İnnovasiyalar departamentinin direktoru TİKA-ya təqdim olunan yeni layihələr haqqında məlumat verdi. Görüşün sonunda xatirə şəkli çəkdirildi.

Rəsmi görüş yekunlaşdıqdan sonra TİKA Bakı Ofisinin nümayəndə heyəti universitetin yeni tədris binasında yerləşən “Nuru Paşa adına Kitabxana”da və Tələbə Yataqxanasında oldular. TİKA Bakı Proqram Koordinatoru kitabxana haqqında fikirlərini bölüşdükdən sonra Tələbə Yataqxanası ilə bağlı yaxın günlərdə yenidən əlaqə saxlanacağını qeyd edərək günlük proqramlarına davam etdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024