Mobil versiya
Növbəti mərhələdə digər əhali qrupları da 3-cü doza vaksinasiyaya cəlb olunacaq - Viktor Qasımov
Tarix: 12-10-2021 | Saat: 17:37
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Növbəti mərhələdə digər əhali qrupları da 3-cü doza vaksinasiyaya cəlb olunacaq -

3-cü doza (buster) peyvənd təsdiqini tapıb, bu, kifayət qədər lazımlıdır və bu dozadan sonra immunitet xeyli güclənir.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, bu doza ilk növbədə 60 yaşdan yuxarı insanlar və risk qrupunda olan səhiyyə işçiləri üçün tövsiyə olunub: “Növbəti mərhələdə digər əhali qrupları da bu işə cəlb olunacaq”.

Qeyd edək ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65-dan yuxarı yaş həddi olan insanlara, 18-dən yuxarı yaş həddində isə yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 50-dən yuxarı yaş həddi üçün, yaşı 16-dan yuxarı yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə 3-cü doza yaşı 60-dan yuxar vətəndaşlarla yanaşı, avqust ayından yaşı 12-dən yuxarı şəxslərə də tətbiq olunur.

Tədqiqatlara əsasən, 3-cü doza almış yaşı 60-dan yuxarı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024