Mirasdan gəlinə hansı halda pay düşür? - HÜQUQ
Tarix: 03-05-2016 | Saat: 12:25
Bölmə:Seçilənlər-4 | çapa göndər
Ərindən qadına qalan mirasdan gəlinə hansı halda pay düşməsini və satılmış torpaq sahəsinə həbs qoyulması və hərraca çıxarılması ilə bağlı oxucularımızdan gələn suallara cavab öyrəndik.
Bu dəfə də suallarımızı Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavablandırıb.
Sual 1.
Bakıdan Kamil Abbas: Bir tanışım var ərindən boşanıb, iki oğlu var. Böyük oğlu vəfat edib, həmin oğlunun arvadı və 2 uşağı qalıb. Qadının mülkiyyətində evi var, onun vəfat etməsi halında, ev vərəsə kimi ikinci oğluna qalacaq, yoxsa həmin evdə böyük oğlunun arvadının da payı var?
Cavab:
Əgər hər hansı vəsiyyətnamə tərtib edilməyibsə, onda qadının vəfatı halında miras əmlak vərəsələrə qanun üzrə vərəsəlik əsası üzrə keçəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 (“Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar”) və 1159.1.3-cü (“Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar”.) maddələrinə müvafiq olaraq evin bölgüsü aşağıdakı kimi olacaq. Ev birinci növbədə vərəsələr kimi qadının böyük oğlunun iki uşağı və ikinci oğlu arasında bölüşdürüləcək. Bu zaman qadının böyük oğluna çatası pay (yəni evin 1/2 hissəsi) sonuncunun 2 uşağı arasında bərabər şəkildə (hər birinə 1/4 hissə olmaqla) bölünəcək. Evin qalan 1/2 hissəsi isə qadının ikinci oğluna vərəsəlik qaydasında keçəcək. Qadının böyük oğlunun arvadı birincinin vərəsəsi olmadığından qadının vəfatı halında, evə münasibətdə hər hansı mülkiyyət hüququ yaranmayacaq.
Sual 2.
Bakı şəhəri Vaqif Abdullayev: 0,6 ha torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi ilə başqa bir şəxsə satmışam. Alqı-satqıdan 5 ay sonra banka borcum olduğuna görə, məhkəmə torpağa həbs qoyub. Notarial təsdiqli müqavilə bağlansa da, alan adam torpağı öz adına qeydə aldırmaq üçün müraciət etməyib. Belə olan halda, satdığım torpaq sahəsinə 5 ay sonra həbs qoyula bilərmi? Həmin torpaq sahəsi hərraca çıxarıla bilərmi?
Cavab:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-in 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilib ki, “... Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı)”.
Beləliklə, MM-in sadalanan normalarının tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, daşınmaz əmlaka dair notariat qaydasında təsdiqlənmiş əqd (müqavilə) həmin əmlaka dair sahiblik və istifadə hüququnun yaranması üçün əsasdır. Bu mənada, alıcı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardan maraqlı şəxs kimi şikayət vermək hüququna malikdir.
P. S. Siz də qarşılaşdığınız hüquqi problemlərlə bağlı [email protected] ünvanına yaza, suallarınızı göndərə bilərsiniz.http://publika.az/
Aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024