Deputat: Əsl sahibləri Qarabağı yenidən dirçəldəcək
Tarix: 07-10-2021 | Saat: 09:10
Bölmə:Siyasət | çapa göndər

Tarixi minilliklərlə ölçülən Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Xüsusilə Qarabağ bölgəsi milli mədəniyyət abidələrinin zənginliyi ilə seçilir. Lakin işğalçı və təcavüzkar dövlət olan Ermənistan Qarabağı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində bu qədim diyarı viran qoyub, şəhərlərimizi yerlə-yeksan edib.
Ermənilər Azərbaycan torpaqları olan Qarabağda qanunsuz əməllər, ağlasığmaz vəhşiliklər törədiblər. Onlar milli irsimizi kütləvi surətdə məhv etmiş, yaşayış yerlərimizi talayıb, qədim tarixi-dini abidələrimizi dağıtmış, bir qismini isə saxtalaşdıraraq erməniləşdiriblər. Ermənilərin törətdiyi bu vandalizmi hətta sivilizasiyadan kənar xalqlar belə törətməzdi.
Bunu Milli Məclisin deputatı Ülviyə Ağayeva söyləyib.
Deputat bildirib ki, Qarabağın Ermənistanın işğalı altında olduğu müddətdə burada İslam mədəniyyətinə aid olan bütün abidələr, muzeylər, türbələr dağıdılıb. Müqəddəs məbədlər, ibadətgahlar, məscidlər təhqir olunub. Bu, Ermənistanın yürütdüyü islamofob siyasətin bariz nümunəsidir. Məscidlərin dağıdılması, təhqir edilməsi təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı törədilmiş bədxah əməldir.
Şuşada yerləşən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Saatlı məscidi, Ağdam Cümə məscidi erməni vandalizminə məruz qalmış dini abidələrimizdəndir.
Dünya əhəmiyyətli arxeoloji abidələr hesab olunan Azıx, Tağlar mağaralarının hərbi məqsədlər üçün istifadə edilməsi, dağıntılara məruz qalması bəşəriyyətin mənəvi irsinə qarşı qəsddir.
Dəyərli və nadir eksponatlarla zəngin olan muzeylərimiz də ermənilər tərəfindən dağıdılmış və talan edilib. Vəhşiliyinin həddi-hüdudu olmayan düşmən Ağdam Çörək muzeyini məhv edib, Şuşa Tarix Muzeyinin 5 minədək, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən artıq eksponatını daşıyıb aparıb.
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində təkcə tarixi abidələrimizə, milli irsimizə qarşı deyil, eyni zamanda ətraf mühitə qarşı soyqırımı törədib. Şəhərləri, kəndləri yerlə-yeksan edən, meşələri yandıran, qiymətli və nadir ağac növlərini, təbiət abidələrini, Qarabağın zəngin flora və faunasını məhv edən düşmən ətraf mühitə külli miqdarda ziyan vurub.
Ermənilər bu ərazilərdə yüz minlərlə mina basdırıblar. Bu isə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini çətinləşdirir, mülki əhaliyə təhdid yaradır. Müharibə başa çatandan sonra 150-dən çox mülki şəxsin, hərbçinin minaya düşməsi, həyatını və ya sağlamlığını itirməsi bu vəhşiliyin göstəricisidir.
Ü.Ağayeva vurğulayıb ki, Ermənilərin Qarabağda törətdikləri əməllər, milli irsə, ətraf mühitə vurduqları zərər müharibə cinayətidir. ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlar bununla bağlı çoxsaylı qətnamələr qəbul etsələr də, təəssüf ki, Ermənistan bu bədxah və insanlığa zidd əməllərinə görə hələ də layiqli cəzasını almayıb.
Vətən müharibəsində Azərbaycan öz əzəli torpaqlarını düşmən işğalından azad etdi. Qarabağ sakinlərinin 30 ilə yaxın davam edən vətən həsrətinə son qoyuldu. Hazırda Azərbaycan vətəndaşlarının öz torpaqlarına qayıda bilməsi üçün burada əsaslı bərpa işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur, şəhərlərin baş planları hazırlanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərlər etmiş, çıxışlarında, müsahibələrində erməni vandalizmindən, onların törətdikləri vəhşiliklərdən danışıb, erməni xislətini dünya ictimaiyyəti qarşısında ifşa edib.
Eyni zamanda, erməni vəhşiliyini bütün dünyaya bəyan etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən Qarabağ bölgəsinə jurnalistlərin gəlməsinə, ermənilərin törətdikləri vandalizm nəticəsində məhv olmuş şəhərlərimiz, kəndlərimiz haqqında reportajlar hazırlanmasına şərait yaradılır.
“Biz əminik ki, işğalçı Ermənistanın məhv etdiyi Qarabağı əsl sahibləri yenidən dirçəldəcək. Şəhərlərimiz, kəndlərimiz qısa müddət ərzində bərpa ediləcək və Qarabağa yenidən həyat qayıdacaq, - deyə deputat fikirlərini yekunlaşdırıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-05-2025