Mobil versiya
370 erməni Qarabağdan qaçdı
Tarix: 03-05-2016 | Saat: 11:24
Bölmə:Gündəm | çapa göndər




Ermənistanın işğalı altında olan Azərbaycanın Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıb.

Aia.az report-a istinadən bildirir ki, bu haqda Talış kəndindəki erməni icmasının əlaqələndiricisi Slava Bayunst deyib.

Əlaqələndiricinin sözlərinə görə, problemin həlli üçün onlar Ermənistan hökumətinə məktubla müraciət ediblər.

"Aprelin 20-dək Talışda yaşayan ermənilərin sosial və məişət problemlərin həlli üçün heç kim əməli bir iş görmədi. Bizə mənzil, gündəlik tələbat malları, təqaüdlərin Ermənistana köçürülməsi, işlə təmin olunmaq lazımdır. Bizi öz əşyalarımızı satmaqla dolanmaq ümidinə qoyublar. Yaz səpini üçün banklardan kredit götürmüşük. Oradan gələn 5-10 ailə Ermənistanın bölgələrində ev ala bilər. Qalan ailələrin özlərini təmin etməyə imkanları yoxdur.
12 ailə İrəvanda qohumlarının evində qalır. Qalanları əyalətlərdədir. Onlar istənilən yerdə yaşamağa razıdırlar. Təki onlara sığınacaq verilsin.

Suriyada yaşayan ermənilər gələndən sonra Yerevandakı yataqxanalarda qalmağa yer də yoxdur", - S.Bayunts deyib.

Məlumata görə, atəşkəs elan olunandan sonra 370 erməni Talış kəndindən gedib.

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024