Mobil versiya
Azərbaycanla Türkiyənin əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib - Komitə sədri
Tarix: 30-09-2021 | Saat: 15:47
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Türkiyənin əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib -

Azərbaycanla Türkiyənin əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib, bizim məqsədimiz regionda sülh və sabitliyin təmin olunmasıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib.

Z.Əsgərov deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır: “Biz istəyirik ki, Ermənistan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanısın, kommunikasiyaların açılmasına şərait yaratsın və yalnız bu halda Ermənistanla iqtisadi və digər münasibətləri qurula bilər.

Çox təəssüf ki, biz bunu Ermənistan tərəfindən görmürük, əksinə Ermənistan təxrbatlara əl atır, Minsk qrupunu diriltməyə çalışır. Münaqişə artıq bitib, Azərbaycan öz ərazilərini işğaldan azad edib. Bu gün biz gələcək inkişaf istiqamətləri haqqında danışa bilərik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-09-2025