Azərbaycan xalqının haqlı qələbəsi
Tarix: 28-09-2021 | Saat: 10:45
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan 30 il ərzində Dalğıq Qarabağ münaqişəsinin həllində sona qədər sülh və diplomatik danışıqlar üsuluna sadiqliyini nümayiş etdirdi. 2018-ci ildə Ermənistanda rejim devriləndən sonra Azərbaycan Ermənistanla yenidən danışıqlar masasına oturub məsələnin həllinə müsbət istiqamət qazanmaq mövqeyində idi. Lakin, Azərbaycanın müsbət addımlarına baxmayaraq, onlar dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdilər.
Ötən ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu törətdiyi hərbi təxribatda Tovuz rayonunda 13 hərbçi və mülki vətəndaşımız həlak oldu. Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi. Sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
Ötən ilin sentyabrın 27-də Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında düşündükcə, hər bir azərbaycanlının qəlbi fərəh və qürur hissi ilə dolur. Xalq hər gün öz Ali Baş Komandanından cəbhədəki vəziyyətlə bağlı xoş xəbərləri səbirsizliklə gözləyirdi. İrəliləyən ordumuzun əldə etdiyi qələbə, zəfər dolu informasiyalar hər birimizi dövlətimizin ətrafında yumruq kimi birləşməyə çağırırdı sanki. Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Azərbaycan haqq işi uğunda döyüşlərdə öz strategiyasının tətbiqində ən müasir silahlardan istifadə etdi. Ona görə də həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Əslində əldə etdiyimiz qələbə ilə beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-hücümla istifadəsində olan müasir texnoloji silahlarla düşmənin ən önəmli məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu iflic vəziyyətinə saldı. Digər tətərfdən qələbəmizin qazanılmasını müəyyənləşdirən başqa bir amil də başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın¬da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Onların döyüşkənlyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında bildirdi ki, Azərbaycan ədalətli savaş apardı və Milli Ordumuz haqlı Qələbə qazandı. Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi. Ermənistan, eyni zamanda, xaricdən muzdlu və əcnəbi döyüşçülər cəlb edərək onları Azərbaycana qarşı istifadə edirdi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.
Azərbaycan xalqı Böyük Qələbənin xoş müjdəsini noyabrın 8-də Qarabağın ürəyi hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsi ilə eşitdi. «Ordum varsa, yurdum var» deyimi həmin an bizim xalqa necə də yaraşırdı. Düşmənin kapitulyasiya aktını imzalamaqdan başqa yolu qalmadı. Bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi.
Dünyanın ən güclü 50 ordusundan biri sayılan Milli Ordumuz müasir silahlanmaya görə Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.
Əgər belə olmasaydı, hazırda Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməlidir.
İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Axıdılan minlərlə şəhid qanının qisası döyüş meydanında aldıq. Uzun illər boyu davam edən danışıqlardan heç bir nəticə alınmayacağını görən xalqımız ərazi bütövlüyünü, tarixi ədaləti döyüş meydanında təmin etməklə dünyaya nəyə qadir olduğunu sübut etdi. Bu yaxınlarda Azərbaycan xalqı qürur hissi ilə Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd etdi. Minlərlə döyüşçümüz dövlət tərəfindən təltiflərə layiq görüldü. Xalq öz Prezidentinin, döyüşçü sərkərdəsinin, rəhbərimiz isə ona arxalanan bütün Azərbaycan vətəndaşlarının yanında olduğunu göstərdi.
Etibar Axundov,
Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-05-2025