Həkimlərimiz üçün açılan “İkinci cəbhə”
Tarix: 27-09-2021 | Saat: 15:59
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
“Hər bir insan üçün həyat deposu deyilən bir şey var - ailə, karyera, vəzifə və sair. Azərbaycan əsgərinin həyat deposu Şuşa imiş”, - deyir və dərindən nəfəs alaraq köks ötürür: “Bu yolu keçməliydik və keçdik. Keçdiyimiz həmin yolda əsgərlərimiz və ümumilikdə xalqımızı arzuladığı mənzilə apara bildiyinə görə Ali Baş Komandanımız sağ olsun...!”.
Bu sözləri Vətən Müharibəsinin gedişatı və ondan sonrakı vaxtlarda yaralı həbçilərimizin müalicəsində yaxından iştirak edən həkim-oftalmoloq Qurban İsmayılov deyib.
Haşiyə
1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalındakı Basarkeçər rayonunda anadan olub, 1988-ci ildə ailəsi ilə birlikdə qaçqın kimi Şəmkir rayonuna gəlib və orada da məskunlaşıb. 1990-cı ildə Azərbaycan Tibb Universitetinə qəbul olunub, 1996-cı ildə həmin ali məktəbi adlı təqaüdlə bitirib. Hazırda Tibb Universitetində oftalmologiya kafedrasının əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyə Klinikasında oftalmologiya şöbəsinin müdiridir. Ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
İlkin tibbi yardım göstərənlər sırasında
Qurban İsmayılov Vətən Müharibəsinin başlandığını kimdənsə eşitməyib, bu hadisənin şahidi olub və həmin anları bu cür xatırlayır: “Sentyabrın 26-da Goranboy rayonundakı Ağcakənddə idik. Sinif yoldaşlarım ilə dəyişməz ənənəmiz var, hər ilin sentyabrında burada yığışırıq. Sentyabrın 27-si saat 11-12 olardı, qəfildən səs-küy eşitdik, “Yaralılar gətirilib” deyirdilər və bu səsi eşidən kimi evdən 150-200 metr aralıqda yerləşən xəstəxanaya tərəf yüyürdük, elə orada da müharibə xəbərini aldıq. Mən və digər həkim sinif yoldaşım yaralılara ilkin tibbi yardım göstərənlərə qoşulduq”.
Doktor İsmayılov döyüşlərin miqyasını biləndən sonra Gəncə hospitalı ilə əlaqə saxlayır, heç olmasa məzuniyyət müddəti bitənə qədər orada yaralılara tibbi xidmət göstərmək istəyir və oktyabr ayının 3-nə qədər həmkarlarının yanında qalır.
Paytaxtda açılan “İkinci cəbhə”
Söhbətinə davam edən Qurban İsmayılov xatırlayır: “Bakıya gələn gün Mərkəzi Klinik Hospitalın Oftalmologiya şöbəsinin rəisi Səlahəddinlə əlaqə saxladım, “nə köməyimiz dəyə bilər” deyə soruşdum. Birinci cümləsi “Yer... Yer təşkil edə bilərsinizmi?!”- oldu. Gecikmədən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli ilə əlaqə saxladım və bu barədə məlumat verdim, Mərkəzi Klinik Hospitalda yaranan vəziyyəti və onların istəyini çatdırdım. Anındaca “Bacaracaqsımızmı, xidməti təşkil edə biləcəksinizmi?” dedi, cavabım “Bacararıq” oldu.
Həmin günə qədər COVID-19 xəstələrinin müalicəsi üzrə ixtisaslaşmış klinikamızda yaralı hərbçilərimizin qəbulu və müalicəsi üçün təşkilati işlərinə başladıq və qısa müddətdə başa çatdırdıq. Könüllü olaraq şöbənin 3 işçisi, kafedranın bir həkimi, mən və tibb bacılarından ibarət heyətimiz hazır idik. Bu, pandemiyaya qarşı mübarizəyə qoşulduğumuz məqamda bizim üçün açılan ikinci cəbhə oldu”.
Doktor döyüşün ilk günündən yaralılara yardım etmək üçün həkimlərin səfərbər olduğunu, burun-boğaz, neyrocərrahiyyə, ağız-üz-çənə üzrə cərrahların da könüllü olaraq xidmətə qoşulduğunu deyir.
“Yaralılar gətiriləndə sövq-təbii gözlərinə baxırdım...”
“Klinikamıza ilk yaralılar gətirilərkən müşahidə etdiyimiz bu oldu ki, onların arasında güllə yarası alan, demək olar ki, yox idi. Yaralıların böyük əksəriyyəti minaya düşmüş və bunun nəticəsində bədənlərinin toxumalarıını itirmiş, yaxud da ciddi zədələnmişlər idi. Birinin gözü yox idi, digərləri başından, üzündən, çənəsindən çox ciddi zədələr almış, yuxarı və aşağı ətraflarını itirmiş əsgərlərimiz idi”.
Həkim-oftalmoloq düşmənin istifadə etdiyi silah-sursatın güclü partlayış törətmə qabiliyyətinə malik olduğunu xatırladır. Aradan bir il keçməsinə baxmayaraq o danışarkən emosiyalarına nəzarəti itirir, dolmuş gözlərindəki damlaları saxlaya bilmir: ”Bu müharibədə gördüyümüz yaraların yüzdə 99-u partlayış nəticəsində yaranmış zədələr idi. Demək olar ki, klinikakaya gətirilən əsgərlərin hamısı üçün yanıq yaraları xarakterik idi. Düşmən tərəfindən istifadə olunan silah-sursatların növü və gücündən asılı olaraq aldıqları zədə onların orqanlarını həddən artıq deformasiyaya uğratmışdı”.
Bu yaralar tibb tarixində misli görünməmiş yaralar idi, bir sözlə, bu, güllə müharibəsi deyildi, müharibə davam etsəydi, itkilərimiz daha çox ola bilərdi”, - deyən həkim gördükləri işlərin miqyası və xarakteri barədə danışır: “Bizim klinikada göstərilən yardım cəmləşdirilmiş, komplektləşdirilmiş yardım idi. Göz, üz-çənə, beyin, travmatologiya, bir sözlə, Azərbaycanın hərbi və yaxud qeyri-hərbi həkim kateqoriyası yox idi, hamı bir yumruq kimi birləşmişdi”.
118 yaralının gözündə cərrahiyyə əməliyyatı apardıqlarını söyləyən Qurban İsmayılov 67 nəfərə də tibbi yardım (xırda tikişlərin qoyulması, yad və yaxud dağılmış cisimlərin çıxarılması) göstərdiklərini xatırladır: “185 yaralıda cəmi 14 göz itirdik. Bu, inanılmaz, fantastik nəticə idi. 14 gözün 6-sı yaralı bizə gətirilənə qədər ilkin yerində götürülmüş, itirilmişdi. Şükürlər olsun ki, heç olmasa, göz almalarını saxlaya bildik. Demək olar ki, bəzilərində göz yox idi və biz protez qoyulması üçün maksimum imkanların itirilməməsini təmin etdik”.
“Yaraların əksəriyyəti kaset tipli minaların yaratdığı fəsadlar idi”, - deyən oftalmoloq-həkim qəmli etirafını edir: “Zədələrin xarakteri şəxsən məni o dərəcədə vahimələndirmişdi ki, yaralılar gətirilərkən mən ilk olaraq onların gözlərinə baxırdım, yaralar ümidverən olanda, sevincimi nə cür ifadə edəcəyimi bilmirdim...”.
“Müharibə vaxtı xalqımı sanki yenidən kəşf etdim”
Həmsöhbətimiz qəmli, sanki yüngüllük gətirən tərzdə “bu müddətdə 3 nəfər şəhidimiz oldu”- deyir və dərhal sözlərinə davam edir: “Çox maraqlı, hətta insan ağlına gəlməyəcək qədər mütəəssir edən hallarla qarşılaşdım və mən öz xalqımı sanki yenidən kəşf edir, indiyəcən bəlkə də fikir vermədiyimiz cəhətləri sezirdim. Əsgərlərdən biri yoldaşlarına üz tutaraq “küçədə-bacada kimlərəsə mən Qarabağda vuruşmuşam deyənə anasının südü haram olsun”, “Canımızı borclu olduğumuz Vətənə gedib xidmət etdik” dediyinin şahidi oldum”.
Bu, Birinci Qarabağ Müharibəsində tibb qardaşı kimi iştirak etmiş Qurban İsmayılovun Vətən müharibəsindən xatırladığı ən yaddaqalan məqamlardır.
O məqamlardan birini söyləyərkən gözləri dolur: “Qax rayonundan Vüsal adlı bir yaralı əsgərimiz var. Onu bu yaxınlarda evinə yola saldıq. Vüsal yaralanandan iki gün sonra helikopterlə gecə saat 11-in yarısında Bakıya gətirilmişdi. Vüsalın rəngi qaçmışdı, təzyiqi çox aşağı idi. Suallarımıza cavab verə bilmirdi. Soyuducudan kompot süzdüm, bircə qurtum içdi. Sonra daha bir qurtum...Və dedi ki, həkim, elə bil gözüm görür. Dedi ki, kaş Şuşaya girib orada şəhid olardım, yaralanıb əsgər yoldaşlarımı yarı yolda qoymayaydım... Yüzlərlə yaralı görmüşəm, amma bu hadisələrin təsirindən çıxa bilmirəm”.
Söhbətimizin sonudur və doktor İsmayılova sual-filan vermirik, sadəcə baxırıq, o isə ağır-ağır dillənir: “Hər bir insan üçün həyat deposu deyilən bir şey var - ailə, karyera, vəzifə və sair. Azərbaycan əsgərinin həyat deposu Şuşa imiş” və dərindən nəfəs alaraq köks ötürür: “Bu yolu keçməliydik və keçdik. Keçdiyimiz həmin yolda əsgərlərimiz və ümumilikdə xalqımızı arzuladığı mənzilə apara bildiyinə görə Ali Baş Komandanımız sağ olsun...!”- deyir.
AİA.AZ
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024