AZ RU Mobil versiya
Qələbə qazandıq, indi də bunun vaxtıdır – Millət vəkili
Tarix: 27-09-2021 | Saat: 13:07
Bölmə:Cəmiyyət | çapa göndər

Qələbə qazandıq, indi də bunun vaxtıdır – Millət vəkili

Vətən müharibəsində əldə etdiyimiz qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycanın rəşadətli Ordusu və şəhadəti şərəf bilən Azərbaycan xalqının vəhdəti hesabına başa gəldi. Vətən müharibəsində biz yalnız hərbi əməliyyatlar deyil, həm də informasiya müharibəsi apardıq. Bu savaşda dağ və səhra şəraitində döyüşkən bir ordunu dünyaya göstərə bildik.

Bu sözləri Axar.az-a Vətən Müharibəsinin başlamasının ildönümü barədə danışan deputat Arzu Nağıyev deyib.

O bildirib ki, Ordumuzun hərbi kadrlarının peşəkarlığının artırılması istiqamətində siyasət öz bəhrəsini verib:

“Əsrin Müqaviləsindən əldə olunan gəlirlərin məhz müdafiə istiqamətinə yönəldilməsi bir daha özünü doğrultdu. Biz müharibədə göstərdik ki, həqiqətən də Ordumuz birincilərdəndir. Biz vuruşa-vuruşa, torpaqlarımızı azad edə-edə həm də BMT-nin məlum qətnamələrini hərbi yolla icra etməyə nail olduq. Azərbaycan artıq quruculuq işlərinə başlayıb, sərhədlərin delimitasiya və demorkasiyası gündəmdədir. Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur etməyin vaxtıdır. Kapitulasiya aktında göstərilən bütün maddələrinin yerinə yetirilməsinə biz nail olacağıq”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

870 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2021