Mobil versiya
Türk Şurasının XİN rəhbərlərinin toplantısında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Tarix: 27-09-2021 | Saat: 11:28
Bölmə:Siyasət | çapa göndər

Türk Şurasının XİN rəhbərlərinin toplantısında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısında 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Trend-in məlumatına görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov toplantıda çıxışı zamanı Şuraya üzv olan ölkələrin 44 günlük müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərin bərpa və yenidən qurma işlərində göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib və toplantı iştirakçılarını Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu gün Azərbaycan torpaqlarının işğaldan azad edildiyi 44 günlük müharibənin başlanğıcının 1-ci ildönümüdür: “Başda azərbaycanlı qəhrəmanlar olmaqla vətənlərimizin qorunması və müstəqilliyi üçün canını verən bütün şəhidlərimizi rəhmətlə anırıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə