Mobil versiya
Könül Nurullayeva şəhid kompleksinin açılışında iştirak edib.
Tarix: 26-09-2021 | Saat: 12:55
Bölmə:Gündəm | çapa göndər

Könül Nurullayeva şəhid kompleksinin açılışında iştirak edib.

Millət vəkili Könül Nurullayeva Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125 saylı binanın həyətində İkinci Qarabağ müharibəsində vətən uğrunda canından, qanından keçərək şəhadət zirvəsinə ucalan igid oğlumuz Murad Məmmədovun əziz xatirəsinə qoyulan abidənin açılış mərasimində iştirak edib.

Şəhid kompleksinin açılışında çıxış edən Mili Məclisin deputatı Könül Nurullayeva bir il bundan əvvəl başlanan Vətən müharibəsində qəhrəman oğlumuz Murad Məmmədovun göstərdiyi mərdlikdən və cəsarətdən bəhs edib. Yığıncaqda iştirak edənlər sırasında millət vəkili Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyəti təmsilçiləri, şəhidimizin əsgərlik yoldaşları və oxuduğu məktəbin kollektivi, eləcə də rayonumuzun ictimaiyyət nümayəndələri də yer almışdır.
Nəzərinə çatdıraq ki, 1996-cı il təvəllüdlü Məmmədov Murad İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq nümayiş etdirmişdir. O, döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ölümündən sonra "Vətən uğrunda", "Füzulin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024