Mobil versiya
Prezident İlham Əliyev bir daha beynəlxalq tribunadan xalqımızın haqq səsini öz qətiyyətli mövqeyi ilə ortaya qoydu - Deputat
Tarix: 25-09-2021 | Saat: 13:12
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev bir daha beynəlxalq tribunadan xalqımızın haqq səsini öz qətiyyətli mövqeyi ilə ortaya qoydu - Deputat

Cənab Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış edərkən olduqca vacib məsələlərə toxundu. Prezident bir beynəlxalq tribunadan xalqımızın haqq səsini öz qətiyyətli mövqeyi ilə ortaya qoydu. Çıxışa gəldikdə isə, biz bunu 2 istiqamət üzrə şərh edə bilərik.

Birinci istiqamət kimi Azərbaycanın qlobal pandemiyayla mübarizəyə verdiyi töhvələr, əhalinin sağlamlığı üçün görülən işləri və post pandemiya dövrü ilə bağlı fikirləri qeyd edə bilərik. Prezident Assambleya iştirakçısı olan liderlərin nəzərinə çatdırdı ki, pandemiya dövründə Azərbaycanda sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib, peyvəndləmə kampaniyası uğurla icra edilib, pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb, Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə töhfəsi verilib, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edilib, 4 ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib. Azərbaycanın qlobal həmrəyliyin tərəfdarı olaraq etdiyi çağırışların 150-dən artıq dövlət tərəfindən dəstəklənməsi də ölkəmizin dünya miqyasında nüfuzlu olmasının göstəricisidir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırması da görülən işlərin, göstərilən təşəbbüslərin nəticəsidir.

Prezident daha bir ciddi mövzuya toxunaraq peyvəndlərə çıxışla əlaqədar qeyri-bərabərlikdən narahatlığını bildirdi və xatırlatdı ki, Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bununla bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Azərbaycanın “BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması” təklifi ilə çıxış etməsi də ölkəmizin dünya ictimaiyyəti üçün əhəmiyyət kəsb edən qlobal təşəbbüslərlə çıxış etməsini təsbit edir.

Ali Baş Komandanın Assambleyadakı çıxışının ikinci istiqaməti isə ərazi bütövlüyümüzün bərpa olunması, regionda sülhün bərqərar olması üçün göstərdiyimiz səylərdən ibarətdir. Prezident 44 günlük Vətən müharibəsindən bəhs edərək bəyan etdi ki, Azərbaycan döyüş meydanında və haqq savaşında qalib gəlib. Prezindent Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını və Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin olmadığını qətiyyətlə bildirdi. Ali Baş Komandan BMT-nin tribunasından həm də düşmənə xəbərdarlıq etdi. Dövlətimizin başçısı “Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik” deyə qeyd etməklə bir daha açıq mesaj verdi.

Prezident “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı” deyə qeyd edərək diqqəti ikili standartların yönləndirdi. “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması”nın vacibliyini qeyd etməklə göstərdi ki, Azərbaycan dünyada sülhün və əmin-amanlığın qorunması üçün səy göstərməkdədir. Biz onsuz da düşmənin beynəlxaq səviyyədə qəbul edilən qərarların icrasını təmin etmədiyi üçün haqqlı mövqeyimizi ortaya qoymuş, döyüş meydanında öz sözümüzü demiş və ərazi bötüvlüyümüzü bərpa etmişik. Azərbaycan liderinin bu təklifi isə yalnız ölkəmizdə deyil, bütün dünyada haqq-ədalətin bərqərar olması üçün səy göstərməsinin bariz nümünəsidir.

Müzəffər Ali Baş Komandan Ermənistan rəhbərliyinin 30 illik işğalçılıq siyasəti, onların törətdiyi ekoloji terror, işğal dövründə ölkəmizə vurulan ziyan, beynəlxalq təşkilatların səssizliyi, eyni zamanda ölkəmizin gücü, multkultural və humanist dəyərlərimizdən bəhs edərək dövlət və hökümət başçılarına çağırışlar etdi. Qısa olaraq qeyd edə bilərik ki, Prezident bir daha beynəlxalq tribunadan xalqımızın haqq səsini qətiyyətli şəkildə ortaya qoydu.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024