Mobil versiya
Əlimirzə Şirinov : “2020-ci il 27 sentyabr tarixi Azərbaycanı yeni parlaq qələbələrə doğru aparan yolun başlanğıc nöqtəsidir”
Tarix: 24-09-2021 | Saat: 12:00
Bölmə:Siyasət | çapa göndər

Əlimirzə Şirinov : “2020-ci il 27 sentyabr tarixi Azərbaycanı yeni parlaq qələbələrə doğru aparan yolun başlanğıc nöqtəsidir”

“30 il ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törədiblər. O cümlədən 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq olmaqla 600-dən çox günahsız, dinc insan vəhşicəsinə qətlə yetirilib. Əlbəttə ki, xalqımız bütün bu faciələri heç zaman unutmayacaq. Həmçinin müxtəlif addımlarla Ermənistan hər zaman Azərbaycanı təxribata çəkməyə can atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistanın təxribat xarakterli addımlarından biri də qədim Azərbaycan şəhəri, bizim mədəniyyət paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Bu, əlbəttə ki, Azərbaycan xalqına qarşı təhqir idi. Qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamentinin Şuşa şəhərinə köçürülməsi və parlament üçün binanın inşa edilməsi də təxribat xarakterli addım idi. Ermənistan keçən ilin yayında Azərbaycana qarşı növbəti hərbi təxribat törətdi. Ermənistan-Azərbaycan dövlət sərhədində bizim mövqelərimiz atəşə tutuldu. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsilə başa çatdı. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Ermənistan 30 il ərzində işğal altında saxladığı torpaqlarda xalqımıza qarşı törətdiyi qanlı cinayətlərin layiqli cavabını döyüş meydanında aldı.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İmişli rayon Komitəsinin sədri Əlimirzə Şirinov deyib.

Müsahibimiz vurğulayıb ki, Vətən müharibəsindən əvvəlki dövrdə olduğu kimi, bu gün də Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlardan yararlanmağa Ermənistanın əsassız ambisiyaları və ölkədə hökm sürən aqressiv ab-hava imkan vermir: “Bu gün Azərbaycan bütün beynəlxalq regional layihələrdə, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatı ilə bağlı layihələrdə əsas aparıcı mövqelərdə yer almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycana dünyanın ən nəhəng şirkətləri investor və tərəfdaş qismində cəlb olunmuşlar. Hər kəs bizimlə çalışmaq, burada yaradılan imkanlardan bəhrələnmək istəyir. O cümlədən bizim bütün qonşularımız Azərbaycan üzərindən reallaşdırılan beynəlxalq iqtisadi layihələrdən bəhrələnirlər, qazanırlar. İstisna yalnız Ermənistandır. Çünki uzun illər boyu bu dövlətin başında duranlar öz xalqının rifahını, insanlarının mənafelərini düşünməklə deyil, hansısa utopik, qeyri-real, tarixdə heç bir zaman mövcud olmamış “böyük erməni dövləti” mövzusunda fantaziyalar qurmaqla məşğul olublar.”

Həmçinin Əlimirzə Şirinov Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığının xüsusi qeyd edərək bunları deyib: “Azərbaycanın tarixi Qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Bu imkanlar regional əməkdaşlıqda maraqlı olan bütün ölklər tərəfindən çox yüksək qiymətləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışılarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini dəfələrlə vurğulayıb. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir. Lakin Azərbaycan hər zaman humanizm prinsiplərindən çıxış edib. Məhz buna görə bu gün Ermənistanın da yaranmış yeni iqtisadi inkişaf perspektivlərindən yararlanmaq şansı almaq imkanı var. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Lakin bütün bunlar üçün Ermənistan rəhbərliyinin artıq reallıqları qəbul etməsi və qonşu dövlətlərlə, ilk növbədə əlbəttə ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini yenidən qurmağa səy göstərməsi vacibdir. Yalnız bu yolla Ermənistan ona təqdim olunan tarixi şansdan yararlanmaq imkanı əldə edə bilər. Əks halda isə, Ermənistan öz başı üzərində Azərbaycanın dəmir yumruğunu hər an yenidən görə bilər.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025